Bakıda avtobus qəzaya uğradı, xəsarət alanlar var

Qəzalar 29 Mart 2020 03:15 Oxunub 1103
Bakıda avtobus qəzaya uğradı, xəsarət alanlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılar təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıblar

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib. “Report”un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb. Qızıldaş qəsəbəsində sərnişin avtobusu digər avtomobillə toqquşub. Qəza nəticəsində iki nəfər – 1965-ci il təvəllüdlü Məmmədov Nazim Oruc oğlu və 1975-ci il təvəllüdlü Nəcəfova Əminə Nəriman qızı xəsarət alıblar. Yaralılar təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıblar.

N.Məmmədova bədənin müştərək travması, Ə.Nəcəfovaya isə döş qəfəsinin küt travması və qapalı kəllə-beyin travması diaqnozları qoyulub.

Fakt araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh