“Bakı Metropoliteni”: Sərnişinlər arasında nəzərəçarpacaq dərəcədə seyrəklik müşahidə edilir

Gündəm 29 Mart 2020 11:30 Oxunub 829
“Bakı Metropoliteni”:                                Sərnişinlər arasında nəzərəçarpacaq dərəcədə seyrəklik müşahidə edilir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
09:00-da metro qapılarını sərnişinlərin üzünə bağlayıb

“Sərnişinlər arasında nəzərəçarpacaq dərəcədə seyrəklik müşahidə edilir və bu gün səhər saatlarında əvvəlki günlərlə müqayisədə sıxlıq bir neçə dəfə azdır”.

Avtosfer.az “Report”-a istinadən  xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Hərəkət xidmətinin rəisi Etibar İsayev “ATV Səhər” proqramında deyib.

Onun sözlərinə görə, artıq səhər 09:00-da metro qapılarını sərnişinlərin üzünə bağlayıb.

O, həmçinin sərnişinlərə müraciət edərək bildirib ki, insanlar sanitar-gigiyenik normalara riayət etməlidir və sıxlıq yaratmamalıdır.

Metro rəsmisi hazırda metroda dezinfeksiya işlərinin aparıldığını da söyləyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh