Bakıda yol polisi karantinlə bağlı sürücüləri saxladı: MARAQLI GÖRÜNTÜLƏR

Yol polisi 29 Mart 2020 17:28 Oxunub 3811
Bakıda yol polisi karantinlə bağlı sürücüləri saxladı: MARAQLI GÖRÜNTÜLƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlara təhlükəsizlik qaydalarına əməl etmələri tövsiyə olunub

Mart ayının 29-dan etibarən Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən respublika ərazisində xüsusi karantin rejimi elan olunub. Bunu nəzərə alaraq Bakı Şəhər Dövlət Yol Polis İdarəsi sürücülərə avtomobildən mümkün qədər az istifadə edilməsi barədə tövsiyələr verib. Bu tövsiyələrin icrası ilə bağlı yol polisi şəhər ərazisində maarifləndirici aksiyalar keçirib.

Avtosfer.az xəbər verir ki, aksiya zamanı saxlanılan sürücülərlə təbliğat xarakterli söhbətlər aparılıb, onlara qoruyucu vasitələrdən istifadə etməyin əhəmiyyəti çatdırılıb. Bununla yanaşı aksiyalar zamanı taksi sürücüləri ilə xüsusi söhbətlər aparılıb, sərnişinlərə daşıma xidməti göstərərkən xüsusi vasitələrdən istifadə etməyin vacibliyi vurğulanıb. Eyni zamanda bu vasitələrin sərnişinlərə də verilməsi tövsiyə olunub. Taksi sürücüləri bu vasitələrin apteklərdə tapılmamasını bəhanə edib. Yol polisi qorucu vasitələrini taksi sürücülərinə verərək növbəti dəfə özlərinin də bu vasitələrin olmasını qeyd edib.

Maarifləndirmə zamanı motosiklet sürücüləri də saxlanılıb. Onlara təhlükəsizlik qaydalarına əməl etmələri tövsiyə olunub. Qoruyucu vasitələrə ciddi yanaşmağı vacibliyi bildirilib. Ətraflı videomaterialı təqdim edirik və bildiririk ki, Avtosfer.az olaraq Dövlət Yol Polisinin "evdə qal" kampaniyasına qoşulur və bunun hər birimizin sağlamlığı üçün olduğu fikrini dəstəkləyirik.

 

Orxan Əli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh