“Bakıda işləyib hazırda rayonda olanlar da bu gündən buraxılmayacaq” - Kamran Əliyev

Yol polisi 29 Mart 2020 23:30 Oxunub 1485
“Bakıda işləyib hazırda rayonda olanlar da bu gündən buraxılmayacaq”                                   - Kamran Əliyev
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərə xəbərdarlıq edilib

“Bakı qeydiyyatında olan, amma hazırda rayonda olan şəxslərin Bakıya girişi bu gündən tam dayandırılır”. Avtosfer.az-ın məlumatına görə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev bildirib ki, yalnız istisna hal təşkil edən şəxslər Bakı, Sumqayıt və Abşerona buraxılacaq: “Bunlara sosial işçiləri, kənd təsərrüfatı məhsullarının daşınması ilə məşğul olan şəxsləri misal göstərə bilərik. Amma Bakıda daimi işləyən, Bakıda qeydiyyatında olan şəxslər də Bakı, Sumqayıt və Abşerona buraxılmayacaq. Çünki öncədən əhaliyə elan edilmişdi ki, pandemiya var, ölkədə yayılma riski böyükdür. Buna görə də bayram üçün rayonlara getməsinlər. Daha sonra da onlara geri qayıtmaq üçün martın 28-dək vaxt verilmişdi. Artıq hər bir rayonun çıxışında postlar qurulduğu, rayonlararası nəqliyyatın hərəkəti dayandırıldığı üçün həmin şəxslər karantin rejimi müddətində olduğu yerdə qalmalıdırlar. Həmin şəxslər şəxsi maşınları ilə də Bakıya buraxılmayacaqlar. Çünki bütün növ nəqliyyat vasitələrinin hərəkəti rayonlararası dayandırılır”.

K.Əliyev bildirib ki, rayonların çıxışında postların qurulmasından sonra əvvəldən Ələt qəsəbəsi, Şamaxı yolu və Quba yolu üzərində qurulan postlara təsadüfi maşınlar gəlib çıxır: “Artıq bu postların iş yükü azalıb, həmin postlardan maşınların geri qaytarılması halları müşahidə olunmur. Çünki bu postlara rayon postlarından buraxılan istisna hal təşkil edən avtomobillər gəlib çıxır”.

 

Qafqazinfo

ŞƏRH YAZ
Ad

E-mail

Şərh