Bakıda şok qəza; iki maşın toqquşdu, başqa maşın isə hər iki sürücünü vurdu - FOTO

Qaydalar 30 Mart 2020 02:00 Oxunub 2499
Bakıda şok qəza; iki maşın toqquşdu, başqa maşın isə hər iki sürücünü vurdu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Toyota"nın qəfil tormozlaması zəncirvari qəzaya səbəb olub

Bakının Nərimanov rayonunda 4 minik avtomobili toqquşub. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib. Məhərrəm Qurbanov idarə etdiyi "Toyota" markalı avtomobildə qəfil əyləcdən istifadə edib. Bu zaman Kənan Məmmədovun idarəetməsində olan "Opel" ona çırpılıb. Hər iki sürücü qəzadan sonra avtomobildən düşərək nəqliyyat vasitələrinə baxan zaman "Mitsubishi" markalı avtomobil hər iki sürücünü vurub. Bundan başqa, eyni istiqamətdə hərəkətdə olan "Opel" "Mitsubishi"yə çırpılıb. Xəsarət alan sürücülər 1 saylı Xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin və Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh