Karantin rejimini pozan 428 nəfər cəzalandırılıb

Gündəm 30 Mart 2020 12:30 Oxunub 673
Karantin rejimini pozan 428 nəfər cəzalandırılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
98 ictimai iaşə obyekt sahibinə isə inzibati tənbeh tədbiri tətbiq edilib

Bakının polis orqanları tərəfindən qeydə alınan cinayət və hadisələrin statistik məlumatları açıqlanıb. Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, martın 29-da paytaxtda keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 26 cinayətin üstü açılıb. Onlardan 5-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Narkotiklərlə əlaqəli 3, baş vermiş oğurluq hadisələri ilə əlaqədar 14 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri axtarışda olduğuna görə 1 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Xüsusi karantin rejim qaydalarını pozduqlarına görə 428 nəfərə, o cümlədən 98 ictimai iaşə obyekt sahibinə inzibati tənbeh tədbiri tətbiq edilib.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh