Gürcüstanda ümumi karantin beynəlxalq yük daşımalarına tətbiq olunmayacaq

Gündəm 30 Mart 2020 19:00 Oxunub 683
Gürcüstanda ümumi karantin beynəlxalq yük daşımalarına tətbiq olunmayacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Karantin rejiminin tətbiq olunduğu Marneuli və Bolnisidə də yük daşımalarına heç bir məhdudiyyət yoxdur”

Gürcüstanda sabahdan qüvvəyə minəcək ümumi karantin rejiminin məhdudiyyətləri ölkə ərazisində yük daşımalarına tətbiq olunmayacaq. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili bildirib.

Onun sözlərinə görə, həm beynəlxalq, həm də daxili yük daşımaların həyata keçirilməsi davam etdiriləcək: “Karantin rejiminin tətbiq olunduğu Marneuli və Bolnisidə də yük daşımalarına heç bir məhdudiyyət yoxdur. Daşımalar Daxili İşlər Nazirliyi ilə razılaşma və müəyyən zəruri şərtlər əsasında həyata keçirilir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh