Şəkidə polis əməkdaşları çölə çıxa bilməyən yaşlı sakinlərə köməklik göstəriblər - FOTO

Gündəm 30 Mart 2020 20:15 Oxunub 636
Şəkidə polis əməkdaşları çölə çıxa bilməyən yaşlı sakinlərə köməklik göstəriblər - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Karantin rejim qaydaları bir daha onların diqqətinə çatdırılıb

Ölkədə tətbiq olunan xüsusi karantin rejim qaydalarına uyğun olaraq yaşı 65-dən yuxarı olan şəxslərin çölə çıxması qadağan edilib. 
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  Avtosfer.az-a verilən məlumata görə, bu müddət ərzində Şəki Şəhər Rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşları xüsusi karantin rejiminə uyğun olaraq çölə çıxa bilməyən tənha, ahıl şəxslərin evlərinə baş çəkiblər. Onların ehtiyacı olan ərzaq və digər məhsulları alıb,  öz evlərində onlara təqdim ediblər. Eləcə də həmin şəxslərlə həmsöhbət olub, mənəvi dəstək olublar. Karantin rejim qaydaları bir daha onların diqqətinə çatdırılıb, hər hansısa bir köməyə ehtiyacları olduğu təqdirdə müraciət etmələri xahiş olunub.

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh