Anbarlarda qalan malların onlayn satışına icazə verildi

Gündəm 30 Mart 2020 21:00 Oxunub 866
Anbarlarda qalan malların onlayn satışına icazə verildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Karantin dövründə onlayn ticarətin imkanlarından istifadə daha doğru seçimdir

DİN-dən iri ticarət mərkəzlərinin anbarlarında qalan malların onlayn satışına icazə verildiyi açıqlanıb

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Avtosfer.az-a bildirib ki, xüsusi karantin rejimi dövründə insanların bir-biri ilə təmasını, ünsiyyətini aradan qaldırmaq məqsədi ilə iri ticarət mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılıb: “Lakin buna baxmayaraq həmin ticarət mərkəzlərində çalışan sahibkarlar anbarlardakı mallarını onlayn satışını həyata keçirə bilərlər. Karantin dövründə onlayn ticarətin imkanlarından istifadə daha doğru seçimdir. Bu zaman satanla alan arasında birbaşa ünsiyyət və təmasın olmaması hər bir vətəndaşın sağlamlığının müdafiəsi deməkdir. Ona görə də sahibkarlara onlayn qaydada mallarını satmaq tövsiyə olunur”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh