Evdə ad günü, toy, nişan keçirmək qadağan edildi
Gündəm
30 Mart 2020 21:15
Oxunub 707
Ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili qadağan edilir
Xüsusi rejim dövründə tədbirlərin təşkili üzrə xidmətlər dayandırılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.
Qeyd olunub ki, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili qadağan edilir.
Qeyd edək ki, insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR