Prezident bank sektorunun sağlamlaşdırılması üçün görüləcək tədbirləri açıqladı

Gündəm 31 Mart 2020 17:50 Oxunub 656
Prezident bank sektorunun sağlamlaşdırılması üçün görüləcək tədbirləri açıqladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hesab edirəm ki, pandemiya hətta əlaqəsi olmayan sahələrdə də islahatları dərinləşdirməlidir və bunu biz təmin edəcəyik

"Bank sektorunun sağlamlaşdırılması istiqamətində bütövlükdə ilin əvvəlindən addımlar atılır və bu məsələ ilə bağlı bir neçə müşavirə də keçirilmişdir".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

"Hesab edirəm ki, pandemiya hətta əlaqəsi olmayan sahələrdə də islahatları dərinləşdirməlidir və bunu biz təmin edəcəyik. Bank sektorunun sağlamlaşdırılması və real iqtisadiyyatı maliyyələşdirilməsi istiqamətində əlavə tədbirlər görüləcək. Və kredit zəmanət təklifi də hesab edirəm ki, çox vaxtında verilmiş təklifdir. Biz bunu mütləq nəzərə alacağıq", deyə dövlət başçısı vurğulayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh