Zaqatalada polis yaşlı insanlara ərzaq yardımı edib - FOTO

Gündəm 31 Mart 2020 19:20 Oxunub 975
Zaqatalada polis yaşlı insanlara ərzaq yardımı edib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həmçinin polis əməkdaşları da həmin şəxslərlə bir daha maarifləndirici söhbətlər aparıb

Zaqatalada polis yaşlı insanlara ərzaq yardımı edib

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejim qaydalarına uyğun olaraq çölə çıxa bilməyən, tənha yaşayan, eləcə də maddi cəhətdən imkanı zəif olan yaşlı insanlara baş çəkib.65 yaşdan yuxarı şəxslərin çölə çıxa bilməmələri nəzərə alınaraq müxtəlif ərzaq məhsullarından ibarət bağlamalar onlara öz evlərində təqdim edilib. Polis Şöbəsinin əməkdaşları 20-dən çox belə ailəyə baş çəkib və onlara köməklik göstərib. Yaşlı insanlar tərəfindən də bu aksiya böyük sevinclə qarşılanıb, göstərdikləri diqqətə görə, polislərə minnətdarlıqlarını bildiriblər. Həmçinin polis əməkdaşları da həmin şəxslərlə bir daha maarifləndirici söhbətlər aparıb, karantin rejim qaydalarına riayət etmələrinin vacib olduğu onların diqqətinə çatdırılıb.

Gültən

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh