Abşeron dairəvi dəmir yolunda sərnişin qatarlarının hərəkət cədvəli dəyişdirilib

Gündəm 31 Mart 2020 19:40 Oxunub 797
Abşeron dairəvi dəmir yolunda sərnişin qatarlarının hərəkət cədvəli dəyişdirilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni qrafik aprelin 1-dən karantin müddəti bitənədək qüvvədə olacaq

Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən qatarların hərəkət cədvəlində dəyişiklik edilib. 

Avtosfer.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir. 

Məlumata görə, dəyişiklik Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq edilib. Bu məqsədlə, Abşeron dairəvi dəmir yolu xəttində hərəkət edən qatarların sayı azaldılıb.

Qatarlar karantin günlərində fəaliyyətini davam etdirmək zərurəti yaranan müəssisələrin əməkdaşlarının işə gediş-gəlişinin təmin edilməsinə xidmət göstərəcək. Yeni qrafik aprelin 1-dən karantin müddəti bitənədək qüvvədə olacaq. 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh