"BakuBus" MMC sürücü vəzifəsinə işə qəbul elan etdi - DİQQƏT

Avtoxəbər 1 Aprel 2020 00:15 Oxunub 2102
"BakuBus" MMC sürücü vəzifəsinə işə qəbul elan etdi - DİQQƏT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2 növbəli, 8 saatlıq iş rejimi

Bakı Nəqliyyat Agentliyi "BakuBus" MMC-də  sürücü vəzifəsinə işə qəbulu elan edir.  Agentlikdən Avtosfer.az-a bildirilib ki, “D” və “DE” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 23-dən az və 65-dən çox olmayan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan) sürücülər "BakuBus" MMC-yə müraciət edə bilərlər.

Tələblərə uyğun şəxslər [email protected] elektron poçt ünvanına CV göndərə bilərlər. Həmçinin, işə qəbul barədə (012) 404-11-10 nömrəli telefona zəng edərək ətraflı məlumat almaq olar.

- Əmək müqaviləsi əsasında işə qəbul

- 2 növbəli, 8 saatlıq iş rejimi

- Vaxtı-vaxtında aylıq əmək haqqı ilə təminat (sürücülər 800 manat, xətt dispetçerləri 815 manat)

- Gələcək pensiya təminatı

- Vaxtaşırı mükafatların verilməsi (əmək fəaliyyətində fərqlənməyə və yubileylərə görə)

- İl ərzində əmək məzuniyyətindən istifadə olunması

- Sanatoriyalara göndərişlərin verilməsi

- Xəstəlik müddətində xəstəlik müavinəti ilə təminat

- Xüsusi geyim forması ilə təminat

QEYD: “BakuBus” MMC-də çalışan sürücü və xətt dispetçerləri qanunvericiliklə müəyyən olunan bütün hüquq və imtiyazlardan yararlanırlar.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh