İdarəetmədən çıxan “Hyundai” aşdı: 4 ölü, 1 yaralı - FOTO

Qəzalar 1 Aprel 2020 15:15 Oxunub 1048
İdarəetmədən çıxan “Hyundai” aşdı: 4 ölü, 1 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalara başlanılıb

Türkiyənin Sivas vilayətində minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident aprelin 1-də səhər saatlarında D-100 avtomagistralının Akşar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, 24 yaşlı Ramazan Hannarici idarə etdiyi 06 FZ 3201 qeydiyyat nişanlı “Hyundai” markalı minik avtomobillə, hərəkətdə olarkən naməlum səbəblərdən sükan idarəetməsini itirib. Bundan sonra idarəetmədən çıxan avtomobil yol kənarındakı dərəyə aşıb.

Nəticədə 4 nəfər ölüb, daha 1-i isə xəsarətlər alıb. Yaralı, təcili tibbi yardım briqadasının köməkliyi ilə Suşəhər Dövlət Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh