Yoldan çıxan “Audi” yol kənarına aşdı: 2-si uşaq, 4 yaralı - FOTO

Qəzalar 1 Aprel 2020 20:45 Oxunub 1463
Yoldan çıxan “Audi” yol kənarına aşdı: 2-si uşaq, 4 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis insidentlə bağlı araşdırmalara başlayıb

Türkiyənin Sivas vilayətində minik avtomobili qəzaya uğrayıb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Sivas – Ankara avtomagistralının Sıcaq Çermik qovşağında qeydə alınıb.

Məlumata görə, sürücü idarə etdiyi 34 AHP 289 qeydiyyat nişanlı “Audi” markalı minik avtomobillə, hərəkətdə olarkən anidən yağan dolu yağışı səbəbində sükan idarəetməsini itirib. İdarəetmədən çıxan avtomobil bir neçə dəfə çevrilərək yol kənarına aşıb.

Nəticədə 2-si uşaq olmaqla 4 nəfər xəsarət alıb. Yaralılar, ambulansların köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Polis insidentlə bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh