89 yaşlı qadın əyləc yerinə qaza basdı: 1 ölü, 2 yaralı - VİDEO
Avtosfer TV
2 Aprel 2020 16:30
Oxunub 1556
Bir neçə kvartal irəliləyən avtomobil sonda park edilmiş motosikletlərə çırpılıb
Çində yaşlı qadın avtomobillə 1 nəfərin ölümünə, daha 2 nəfərin də xəsarət almasına səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisənin görüntüləri təhlükəsizlik kamerasına düşüb.
Məlumata görə, 89 yaşlı qadın idarə etmək istədiyi avtomobilin pedallarını səhv salaraq əyləc yerinə qaza sıxıb və maşın arxaya hərəkət edərək səkidə olan piyadaları vurub. Bundan sonra avtomobil yolda yüksək sürətlə bir neçə kvartal irəliləyərək sonda park edilmiş motosikletlərə çırpılıb.
Nəticədə 3 piyada yaralanıb və onlardan biri daha sonra xəstəxanada dünyasını dəyişib.
Namiq Musayev
ŞƏRH YAZ