Bakıda yüzlərlə taksi sürücüsünün həyatı təhlükədədir - FOTO

Gündəm 3 Aprel 2020 16:30 Oxunub 1260
Bakıda yüzlərlə taksi sürücüsünün həyatı təhlükədədir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fərqlənmə nişanı almaq üçün BNA-ın qarşısına toplaşıblar

Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən aprel ayının 5-dən xüsusi karantin rejimi tətbiq olunaraq qaydalar daha da sərtləşdiriləcək. Avtosfer.az xəbər verir ki, bu qaydalardan biri də qanunsuz taksi xidməti ilə məşğul olanların fəaliyyətinin məhdudlaşdırılmasıdır. Bunu eşidən taksi sürücüləri bu gün kütləvi şəkildə Sabunçu rayonu ərazisində Bakı Nəqliyyat Agentliyinin nümayəndəliyinə gəliblər. Hazırda ərazidə 300-dən artıq  sürücü var.

Sürücülər fərqlənmə nişanı almaq üçün həmin binanın qarşısında toplaşıblar. Lakin həmin taksilərin əksəriyyəti Nazirlər Kabinetinin 73 saylı qərarına uyğun olmadığı üçün fərqlənmə nişanı verilməsi nəzərdə tutulmur.

Avtosfer.az saytı həmin sürücülərə bir daha müraciət edərək bildirir ki, avtomobil və sürücü qoyulan tələblərə cavab vermirsə heç bir halda fərqlənmə nişanı almaq mümkün olmayacaq. Buna görə də karantin qaydalarını pozmaq olmaz, kütləvi şəkildə toplaşmaq qadağandır. Bunu nəzərə alaraq cərimə olunmamış həmin ərazini tərk etmək məsləhətdir. Taksi fəaliyyəti ilə ancaq qaydalara uyğun olan şəxslər məşğul ola bilər. Hazırda yaranmış vəziyyəti nəzərə alaraq ərazidə toplaşmaq olmaz. Əks halda polis əraziyə gələcək və həmin sürücülər cərimə olunacaq.


Orxan

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh