Ağcabədidə xüsusi karantin rejimi ilə əlaqədar tədbirlər davam etdirilir - FOTO

Gündəm 3 Aprel 2020 18:00 Oxunub 747
Ağcabədidə xüsusi karantin rejimi ilə əlaqədar tədbirlər davam etdirilir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
zəruri hal yaranmadıqda sürücülər məskunlaşdığı rayonlara geri yönləndirilir

Ağcabədidə xüsusi karantin rejimi ilə əlaqədar tədbirlər davam etdirilir

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlər Ağcabədi rayonunda da davam etdirilir.

Xüsusi karantin rejimi ilə əlaqədar rayona giriş-çıxış məhdudlaşdırılıb. Bu məqsədlə rayonun giriş hissələrində Yol Patrul Xidməti və Post Patrul Xidməti əməkdaşları tərəfindən postlar qurulub. Koronavirus pandemiyasının təsir dairəsinin genişlənməsinin qarşısının alınması üçün bir rayondan digərinə qoyulan məhdudiyyətlərlə əlaqədar avtomaşınlar saxlanılır və zəruri hal yaranmadıqda sürücülər məskunlaşdığı rayonlara geri yönləndirilir.

Həmçinin rayon ərazisində polis əməkdaşları tərəfindən mütəmadi olaraq rayon sakinləri ilə maarifləndirici söhbətlər aparılır və onların evdə qalmalarının sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılır. Vətəndaşlara həyata keçirilən bütün tədbirlərin sakinlərin sağlamlığının qorunmasına xidmət etdiyi izah olunur.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh