Bu şəxslərin 8103 nömrəsinə müraciət etməsinə ehtiyac yoxdur - DİN

Gündəm 4 Aprel 2020 11:15 Oxunub 1233
Bu şəxslərin 8103 nömrəsinə müraciət etməsinə ehtiyac yoxdur               - DİN
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aşağıdakı şəxslərin 8103 nömrəsinə SMS-lə müraciət etməsi tələb edilmir

Daxili İşlər Nazirliyi KİV nümayəndələrinin, o cümlədən fasiləsiz fəaliyyət göstərən qurumların əməkdaşlarının, habelə müvafiq icazə ilə hərəkət edən şəxslərin market və aptekə gedərkən SMS vasitəsilə icazə alması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Məlumata görə, aşağıdakı şəxslərin 8103 nömrəsinə SMS-lə müraciət etməsi tələb edilmir:

“Xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında hərəkət edən şəxslər, həmçinin barəsindəki məlumatlar işəgötürən tərəfindən “icaze.e-gov.az” portalına daxil edilmiş şəxslərin ərzaq və digər tələbat mallarını, dərman vasitələrini almaq üçün əlavə icazə vasitəsinə müraciət etməsinə ehtiyac yoxdur”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh