Yeniyetmə qaçırdığı avtomobili ağaca çırpdı: 2 ölü, 2 yaralı - FOTO

Qəzalar 4 Aprel 2020 17:30 Oxunub 1127
Yeniyetmə qaçırdığı avtomobili ağaca çırpdı: 2 ölü, 2 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalara başlanılıb

Rusiyanın Rostov əyalətində 2 nəfərin ölümü, 2 nəfərin də xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident aprelin 4-də səhər saatlarında Belaya Kalitva şəhərində qeydə alınıb.

Məlumata görə, 14 yaşlı oğlan valideynlərinin icazəsi olmadan “Lada Priora” markalı avtomobili sürmək üçün götürüb. Özündən başqa daha 3 nəfəri də avtomobilinə mindirən yeniyetmə, hərəkətdə  olarkən sükan idarəetməsini itirib. Bundan sonra idarəetmədən çıxan “Priora” yol kənarındakı ağaca çırpılıb. Zərbənin şiddətindən avtomobil deformasiyaya uğrayıb.

Nəticədə sürücü və daha bir 14 yaşlı yeniyetmə aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər. Digər 16 yaşlarında olan iki nəfər yaralanıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh