Goranboy rayonunda silah-sursat tapılıb - FOTO

Gündəm 5 Aprel 2020 00:45 Oxunub 2019
Goranboy rayonunda silah-sursat tapılıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalar davam etdirilir

Goranboy rayonunda silah-sursat tapılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsinə Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsindən Rus Borisi kəndinə gedən yolda yerləşən körpünün altında silah-sursat olması barədə məlumat daxil olub.
Dərhal RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı oradan 2 ədəd 16 kalibirli ov tüfəngi, 4 ədəd avtomat sandığı, 1 ədəd alışdırıcısı üzərində olmayan “F-1” əl qumbarası, 1 ədəd plemyot qatarı və 402 ədəd 7.62 mm-lik patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Gültən

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh