Xətai Rayon İcra Hakimiyyəti karantin rejimini pozur - FOTO

Gündəm 6 Aprel 2020 15:15 Oxunub 2182
Xətai Rayon İcra Hakimiyyəti  karantin rejimini pozur - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İşçilər 65 yaşdan yuxarıdır

Xətai Rayon İcra Hakimiyyətinin tabeliyində olan Mənzil Kommunal Təsərrüfat Birliyinin işçiləri küçələrə səfərbər olunub. MKTB-nin işçilərinin küçələrdə otları təmizləməsi fotoları sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, mövcud karanatin rejiminə görə 65 yaşdan yuxarı insanların küçəyə çıxması qadağan edilib. Lakin küçədə xidmət edən Xətai Rayon MKTB-nin işçiləri arasında 65 yaşdan yuxarı olanı da olub. Görüntülər aprelin 6-ı qeydə alınıb.

Vəziyyətin gərgin olan dövründə 10-15 işçini yola səfərbər etmək nəyə lazımdır?  Yolda xüsusi təhlükəli, insanların sağlamlığına zərər verəsi bir şey yoxdursa bu qədər işçinin küçələrə çıxarılması nəyə lazımdır?

Qeyd edək ki, Bakının bir neçə rayonunda karantin rejimi bu cür pozulur. 

 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh