Bu dəfə oğurluq edən şəxs yol polisi tərəfindən tutuldu - FOTO

Yol polisi 6 Aprel 2020 19:10 Oxunub 3831
Bu dəfə oğurluq edən şəxs  yol polisi tərəfindən tutuldu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həmin şəxsi polis bölməsinə təhvil verib

Bakıda yol polisi əməkdaşı oğurluq edən şəxsi izləyərək tutub. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, oğurluq hadisəsi aprelin 5-i paytaxtın Yasamal rayonu ərazisində baş verib. Belə ki, oğurluq edən şəxs Yasamal rayonu Zahid Xəlilov küçəsində bankomatdan pul çıxaran qızı öncədən izləyib. Qız pulu çıxarıb bankomatdan uzaqlaşarkən, həmin şəxs ona yaxınlaşıb çantasını zorla əlindən alaraq oradan qaçıb.
Bu zaman öz şəxsi avtomobili ilə həmin ərazidən keçən Bakı Şəhər Dövlət Yol Polisi idarəsinin Yol Patrul Xidməti Şöbəsinin baş inspektoru polis mayoru Vüsal Seyidov oğurluq edən şəxsi izləməyə başlayıb. O, yaxınlıqdakı küçələrin birində həmin şəxsin qarşısını kəsərək tutub.

Polis zabiti Vüsal Seyidov çantanı sahibinə qayatararaq oğurluq edən şəxsi Yasamal Rayon 28-ci Polis Bölməsinə təhvil verib.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh