Hövsan qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi - FOTO

Qəzalar 6 Aprel 2020 21:15 Oxunub 5335
Hövsan qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“VAZ 2107” markalı 10 RE 377 dövlət nömrəli avtomobil ilə “Mercedes” markalı 99 MJ 220 dövlət nömrəli avtomobil toqquşub

Axşam saatlarında Suraxanı rayonu Hövsan qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az Oxu.Az-a istinadən xəbər verir ki, Hövsan istiqamətində hərəkətdə olan “VAZ 2107” markalı 10 RE 377 dövlət nömrəli avtomobil ilə “Mercedes” markalı 99 MJ 220 dövlət nömrəli avtomobil toqquşub.

Hadisə nəticəsində “VAZ 2107”markalı avtomobilin sürücüsü Rahim və “Mercedes” markalı avtomobilin sürücüsü Tapdıq yüngül dərəcəli bədən xəsarətləri alıblar. Hər iki nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.

Hadisə yerinə ərazi üzrə polis idarəsinin əməkdaşları və Təcili tibbi yardım xidməti çağırılıb.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh