Ucqar dağ kəndlərində karantin rejiminə riayət olunması təmin edilir - FOTO

Gündəm 6 Aprel 2020 21:30 Oxunub 836
Ucqar dağ kəndlərində karantin rejiminə riayət olunması təmin edilir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər kəsə “evdə qal” kampaniyasına qoşulmalarının zəruriliyini bildirirlər

Ölkəmizdə koronavirus (COVID-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi xüsusi karantin rejim qaydalarının təmin olunması və tövsiyələrinə riayət edilməsi istiqamətində Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları da gücləndirilmiş iş rejimində çalışırlar. 
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, dağlıq ərazidə yerləşən və 47 kəndi əhatə edən Qonaqkənd Polis Bölməsinin əməkdaşları mütəmadi olaraq kəndlər ərazisində xidmət təşkil edərək, sakinləri elan edilmiş rejim qaydalarına riayət etməyə çağırırlar. Sakinlərdən lüzumsuz yerə yaşadıqlar evləri tərk etməməyi, zərurət olduğu halda isə təyin olunmuş qaydada icazə sistemi vasitəsi ilə icazə aldıqdan sonra hərəkət etməyi tələb edən bölmə əməkdaşları, hər kəsə “evdə qal” kampaniyasına qoşulmalarının zəruriliyini bildirirlər.
Bu tədbirlərlə yanaşı xüsusi karantin rejimi çərçivəsində polis əməkdaşları tərəfindən kəndlər arasında lüzumsuz yerə nəqliyyat vasitələri idarə sürücülər də saxlanılır, barələrində xəbərdarlıq və ya inzibati qaydada tədbirlər görülərək, sakini olduqları kəndlərə yönləndirilirlər.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh