Yer kürəsinə “ATLAS” kometi parçalanmağa başladı

Maraqlı 9 Aprel 2020 14:15 Oxunub 2300
Yer kürəsinə “ATLAS” kometi parçalanmağa başladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kometin nüvəsinin bundan sonra da parçalanmağa davam etməsi onun parlaqlığını daha da azaldacaq

Alimlər müəyyən ediblər ki, rəsmi adı C/2019 Y4 olan, may ayında Yer kürəsindən adi gözlə görünməsinin mümkünlüyü güman edilən “ATLAS” kometinin nüvəsi parçalanmağa başlayıb. Avtosfer.az AMEA-nın rəsmi saytına istinadən məlumatına görə, mütəxəssislər indiyədək onun parlaqlığının artdığını müşahidə etsələr də, aprelin 3-dən parlaqlığın azaldığını, aprelin 5-dən etibarən isə NEXT teleskopunun köməyi ilə kometin nüvəsinin parçalanması əlamətlərini aşkar ediblər. Astronomlar güman edirlər ki, kometin nüvəsinin bundan sonra da parçalanmağa davam etməsi onun parlaqlığını daha da azaldacaq.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh