Qazax və Tovuzda karantin rejimini pozan şəxslər cərimələnib - FOTO

Gündəm 9 Aprel 2020 19:16 Oxunub 1318
Qazax və Tovuzda karantin rejimini pozan şəxslər cərimələnib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsində polis əməkdaşları gücləndirilmiş iş rejimində nəzarət edir

Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Qazax rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apararaq, sakinlər arasında profilaktiki tədbirlər həyata keçirərək, mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, əlcəkdən istifadə etməyi, dezinfeksiya edici vasitələrdən istifadə etməyi tövsiyə edirlər. DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, bundan başqa rayon ərazisində mütamadi olaraq aparılan reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan şəxslər aşkarlanaraq barəsində müvafiq qanunlara uyğun olaraq tədbirlər görülüb. Belə ki, araşdırmalar zamanı 68 sakin İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə ediliblər. Əlavə olaraq 1 şəxs barəsində rayon məhkəməsinin qərarı ilə inzibati həbs seçilib.
Tovuz rayonunda da xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsində RPŞ-nin əməkdaşları gücləndirilmiş iş rejimində nəzarət edir. Belə ki, bu günə qədər polis əməkdaşlarının keçirdikləri reydlər zamanı 71 rayon sakini barədə xüsusi karantin rejiminin tələblərini pozduğuna görə inzibati qaydada tədbir görülüb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh