Yol polisini ələ salan sürücünü həbs etdilər; indi yer süpürür - VİDEO

Yol polisi 9 Aprel 2020 20:40 Oxunub 17477
Yol polisini ələ salan sürücünü həbs etdilər;  indi yer süpürür - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, polisin qanuni tələbinə əməl etməyib

Yol polisi ilə sürücü arasında olan dialoq bir neçə gün əvvəl Avtosfer.az saytında dərc edilmişdi. Görüntülərə hüquqi qiymət verilərək sürücü barəsində qanuni tədbir görülüb. O, polisin qanuni tələbinə əməl etmədiyi üçün məhkəmənin qərarı ilə 30 sutka həbs edilib.

Sosial şəbəkədə həmin sürücünün süpürgə əlində yeri süpürməsi videosu yayılıb. Həmin görüntüləri sizə təqdim edirik.

Qeyd edək ki, həbs olunan sürücü bir müddət öncə polislə olan dialoqunu sosial şəbəkələrdə yaymışdı. Polis əməkdaşı avtomobilin konstruksiyasına müdaxilə edilməsi ilə bağlı şübhəsi olduğu üçün sürücünü dayandırıb ondan həm yük yerinə baxış keçirilməsini, həm də sənədlərin təqdim edilməsini tələb etmişdi. Lakin sürücü YPX əməkdaşı nə sənədləri təqdim edib,  nə də yük yerinə baxış keçirilməsinə icazə verib.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh