Müşfiq yolunda iki avtomobil toqquşdu, xəsarət alanlar var

Qəzalar 9 Aprel 2020 22:25 Oxunub 2231
Müşfiq yolunda iki avtomobil toqquşdu, xəsarət alanlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az "Report" -a istinadən xəbər verir ki, hadisə Müşfiq yolunda qeydə alınıb.

Belə ki, hadisə zamanı 1985-ci il təvəllüdlü Musayev Ceyhun Xanlar oğlu və 1992-ci il təvəllüdlü Hüseynzadə Mehman Eyvaz oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hər iki şəxsə kəllə-beyin travması diaqnozu qoyulub və reanimasiyaya yerləşdiriliblər. Musayev Ceyhunun vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh