EIA gündəlik yanacaq tələbatının 8,1 mln. barel azalacağını proqnozlaşdırır

Bu ilin I rübündə qlobal neft və maye yanacaq istehlakı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 mln. barel/gün azalaraq orta hesabla gündəlik 94,1 mln. barel olub.
Avtosfer.az-ın “Report”-a istinadən məlumatına görə, bu barədə ABŞ Enerji İnformasiyaları Administrasiyasının (EIA) aylıq qısamüddətli proqnozunda deyilir.
EIA 2020-ci ildə gündəlik tələbatın ötən illə müqayisədə 8,1 mln. barel azalaraq 92,6 mln. barel olacağını proqnozlaşdırır.
Proqnoza görə, ilin I yarısında koronavirus səbəbindən səyahət imkanlarının məhdudlaşdırılması, biznes və iqtisadi fəallığın zəifləməsi səbəbindən ABŞ-ın maye yanacaq tələbatı kəskin azalacaq. EIA ölkədə gündəlik dizel yanacağı istehlakının II rübdə I rübdəki 8,6 mln. bareldən 7 mln. barelə düşəcəyini, ilin II yarısında isə tədricən artaraq 8,7 mln. barel olacağıını proqnozlaşdırır. II rübdə ABŞ-ın gündəlik təyyarə yanacağı istehlakının isə əvvəlki rübdəki göstəricidən (1,6 mln. barel/gün) 0,8 mln. barelə düşəcəyi gözlənilir.
EIA 2020-ci il üzrə isə ABŞ-da gündəlik dizel yanacağı istehlakının 2019-cu illə müqayisədə 11% azalaraq 8,3 mln. barel olacağını, təyyarə yanacağı istehlakının isə 25% azalacağını proqnozlaşdırır.
“Niva”nın istehsalının dayandırılacağı tarix məlum oldu
Belarus 2030-dan 92 oktanlı benzinin istehsalını dayandıra bilər
Maşınınız hər an alışa bilər: Sürücülərin etdiyi üç böyük səhv - VİDEO
Çin maşınlarını alanlar niyə dərhal satır? — AÇIQLAMA
Avtosalonlarda DYP-nin və kaskosığortanın adından böyük soyğunçuluq gedir ... - ARAŞDIRMA
Sürücülər ən çox bu elektromobillərdən razıdır - FOTO
Almaqdan çəkinməli olduğunuz 6 yolsuzluq avtomobili
Müasir avtomobillərin təmiri baha başa gəlir – SƏBƏB
Bu avtomobillərin idxalı ƏDV-dən azad edildi
Vaxtında dəyişməsəniz mühərrik dağıla bilər: QRM-in gizli təhlükəsi
Bakının mərkəzi küçəsində sürücüləri çaşdıran zolaq - VİDEO











