Sürücülər üçün çətin anlar yaşadan problem aradan qaldırıldı - VİDEO

Avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədi ilə aparılan kompleks tədbirlər çərçivəsində paytaxtın ən böyük tunellərindən biri olan Ziya Bünyadov prospektinin “Xutor” dairəsi adlanan ərazidən keçən hissəsində yerləşən çox istiqamətli avtomobil tunellərində əlavə işıqlandırma sistemləri qurulub. Məqsəd sürücülərin istər gündüz vaxtı tunellərə daxil olarkən, istərsə də sutkanın qaranlıq saatlarında sözügedən tunellərdə hərəkəti zamanı hərəkət hissəsini daha aydın şəkildə görməsinə şərait yaratmaq, yarana biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaqla hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Yeni işıqlandırma sistemi avtomobil tunellərinin yan divarları boyunca quraşdırılıb.
AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Avtosfer.az-a bildirib ki, uzunluğu o qədər də böyük olmayan avtomobil tunellərində giriş və çıxış hissələr vizual olaraq göründüyü üçün sürücülərin işıqlı, əsasən də günəşli havadan bu cür tunellərə daxil olarkən görmə məhdudiyyəti yaranmır. Lakin daha uzun avtomobil tunellərində sürücülər belə bir problemlə qarşılaşa bilərlər. Məhz bunu nəzərə alaraq agentliyimiz tərəfindən paytaxtın ən böyük tunellərindən birində əlavə işıqlandırma sistemləri quraşdırıb. Artıq sözügedən ərazdiə həm gündüz, həm də sutkanın qaranlıq saatlarında avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin edilib.”
Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi avtonəqliyyat vasitələrinin tunellərdə rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədi ilə mütamadi olaraq işlər aparır. Bu çərçivədə avtomobil tunellərində mövcud işıqlandırma sistemində yaranan problemlər qısa zaman kəsiyində aradan qaldırılır, əlavə işıqlandırma sistemləri qurulur, istiqamətverici və yolgöstərici nişan və yol elementlərinin işıq qayatarıcılığı bərpa olunur.
Emin
“Niva”nın istehsalının dayandırılacağı tarix məlum oldu
Belarus 2030-dan 92 oktanlı benzinin istehsalını dayandıra bilər
Maşınınız hər an alışa bilər: Sürücülərin etdiyi üç böyük səhv - VİDEO
Çin maşınlarını alanlar niyə dərhal satır? — AÇIQLAMA
Avtosalonlarda DYP-nin və kaskosığortanın adından böyük soyğunçuluq gedir ... - ARAŞDIRMA
Sürücülər ən çox bu elektromobillərdən razıdır - FOTO
Almaqdan çəkinməli olduğunuz 6 yolsuzluq avtomobili
Müasir avtomobillərin təmiri baha başa gəlir – SƏBƏB
Bu avtomobillərin idxalı ƏDV-dən azad edildi
Vaxtında dəyişməsəniz mühərrik dağıla bilər: QRM-in gizli təhlükəsi
Bakının mərkəzi küçəsində sürücüləri çaşdıran zolaq - VİDEO


















