Sürücünün ölümdən xilas edilməsinin sirri -  VİDEO

Avtoxəbər 24 İyun 2015 17:01 Oxunub 1173
Sürücünün ölümdən xilas edilməsinin sirri  -  VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kənara axan benzin sürtünmə qüvvəsinin şini qızdırması nəticəsində alovlanıb

Böyük Britaniyada motosiklet yarışlarına qatılan bir gənc ölümlə üzləşib. 22 yaşlı Teylor Makkenzinin saatda 200 kilometr sürətlə idarə etdiyi motosikletin qəfil alovlanması, sürücünün həyatını təhlükəyə atıb. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, Norfolkda keçirilən çempionata inamla başlayan Teylor çox keçmədən həyatının ən böyük qərarını verməli olub. Saatda 200 kilometr sürətlə hərəkət edən motosikletin yanmağa başladığını görən  sürücü ya qəfil əyləci basaraq havaya uçmalı, ya da sürəti yavaş-yavaş azaltmalı idi.  Təhlükəli olsa da Teylor ikinciyə qərar verib. Yanan motosikleti otluğa çıxaran sürücü, sonda özünü birtəhər kənara ata bilib.

Peşəkarlığı sayəsində sağ qalan Teylor Makkenzi verdiyi çevik qərarla ağır yanıq xəsarətləri almaqda da xilas olub. Mühəndislərin dediyinə görə qəzaya səbəb motosikletin yanacaq çəninin sızması olub. Kənara axan benzin sürtünmə qüvvəsinin şini qızdırması nəticəsində alovlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh