SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam. Automobile konstruksiya deyiwikliyine gore yol polisi terefinnen cerime meydancasina yerlewtirilen zaman inspector protokol ve ya neyse bir sened teqdim etmeli deilmi? Hec bir Kaqiz vermeden qoyublar duracaqa, bir Kelme shêhêr qaisina gelersen deyibler, bu qanunla belede olmalidirmi?
Necef | 11 Mart 2021 05:59
Salam. Protokol yazdıqdan sonra duracağa aparmalıdır. Protokol yazmadan aparması qanunla qadağandır.
Avtosfer.az | 12 Mart 2021 15:08
Salam wolksvagen jetta 2002ci ildi mende ona blijnisi sari dalnisi ag led isig qoysam cermesi var?
Nihad | 11 Mart 2021 02:47
Salam. Led quraşdırmaq olar. Amma normativ tələbi pozmamalısınız. Sarı işıq isə yalnız duman faralarına quraşdırmaq olar. YAxın və ya uzaq işığa, o cümlədən qabarit işığına quraşdırmaq olmaz.
Avtosfer.az | 12 Mart 2021 15:05
Salam.zehmet olmasa deyə bilərsinizmi bmw e46 pnevma qoydurmaq istəyirəm.bunun qanunla cəriməsi varmı?varsa nə qədərdir?
Elmar | 11 Mart 2021 01:09
Salam. Qanunla qadağandır. Cəriməsi 150 manatdır.
Avtosfer.az | 12 Mart 2021 15:03
Salam. Piryoraya sport purjun qoymaq cərmədi?
Anar | 10 Mart 2021 18:18
Salam. Mübahisəli məsələdir. Əgər normativ tələbi pozursa quraşdırmaq qadağandır.
Avtosfer.az | 12 Mart 2021 15:02
Salam.Bilmək istərdim sürücü qadağan olunmuş yerdə öz avvtomobilini saxlayarsa,sürücü özü də içində ola-ola DYP-nin əməkdaşı avtomobili çəkərək çərimə yazması düzgündürmü?Çəkilişdə yalnız arxadan olub
Elnur | 10 Mart 2021 16:39
Salam. Bəli polis sizə cərimə yaza bilər.
Avtosfer.az | 12 Mart 2021 15:02
Salam burda yazilanlara gore ölü purjine (mudaxile olunmayan) cerime yaza bilmezler ypx emekdasi meni saxladiqda hansi qanunu men ona demeliyem ki el çeksin))
Rufat | 10 Mart 2021 13:02
Salam. İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsində qeyd olunub ki, normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması və ya dəyişdirilməsinə görə məsuliyyət nəzərdə tutulub. Siz heç bir dəyişiklik etmədiyiniz üçün məsuliyyətdən azadsınız.
Avtosfer.az | 12 Mart 2021 15:01
Salam aleykum avtomobilin texniki baxişin bitməsinə iki aya yaxin vaxt qalib. Onu vaxtindan əvvəl texniki baxişdan keçirtmək olurmu?
Elyaz | 10 Mart 2021 07:17
Salam. Bəli olur.
Avtosfer.az | 12 Mart 2021 14:59
Salam mən bilmək istiyirəm vaz 2107 markalı avtomobilin disk ölçüsü r13 dür və zavod icazə verirki bu avtomobilə 215 təkər vurmaq olar buna görə cərimə oluna bilərəm? Və birdə səs boğucudan istifadə edirəm 76 diesebli keçmir sesi? buna gore cerime oluna bilerem ?
Tural | 10 Mart 2021 03:09
Səs 84 db-li keçdikdə problem yarana bilər. Zavod təkər ölçüsünün 215 olmasına icazə verirsə quraşdırmaq olar.
Avtosfer.az | 12 Mart 2021 14:58
Salam,Covid 19 göre yazilmis 200 manat cerimeni hisse odemek olar yani 10-10 ve ya 20-20 yoxsa odenis birdefelik odenmelidir?
Asif | 10 Mart 2021 02:17
Salam. Xeyr, birdəfəlik ödəmək lazımdır.
Avtosfer.az | 12 Mart 2021 14:55
Salam her vaxtiniz xeyir Avtomobilin nomresinin burda olmaginin cerimesi var? Teshekkurler
Rasim | 9 Mart 2021 10:42
Salam. Xeyr cəriməsi yoxdur.
Avtosfer.az | 12 Mart 2021 14:54
Salam . Qarmoşka pərdələrə icazə var ? Lada Granta ön və arxaya sport purjunların cəriməsi var ?
Ümid | 9 Mart 2021 01:45
Salam. Arxa yan şüşələrə pərdə vura bilərsiniz. Sport yaylar mübahisəli məsələdir. Ona görə də quraşdırmağınız tövsiyə olunmur.
Avtosfer.az | 12 Mart 2021 14:45
Salam aftamabili zapças kimi satmag istiyirem aftamabil öz adimdadi Onu adimnan sora nece cixara bilerem
Elshad | 8 Mart 2021 11:59
Salam. DYP-nin Qeydiyyat-İmtahan idarəsinə gedin və avtomobili çıxdaş edin. Ondan sonra rahat şəkildə ehtiyyat hissələrini satın.
Avtosfer.az | 12 Mart 2021 14:44
Salam.Vaz 2107 pnevma quraşdırmağın cəriməsi var?varsa miqdarı nə qədərdir?çox sağolun
Elbrus | 8 Mart 2021 02:17
Salam. Qadağandır. 150 manat cəriməsi var.
Avtosfer.az | 12 Mart 2021 14:36
Salam,nivanin baruxiliahi dyandi bu xalda men vrangler farasi qoya bilerem?
Emil | 7 Mart 2021 22:39
Salam. Əgər normativ tələbi pozmursa quraşdırmaq olar. Bunu şifahi şəkildə demək çətin olur. MÜtəxəssis quraşdırıb xüsusi stendlə yoxlamalıdır.
Avtosfer.az | 12 Mart 2021 14:33
salam texpasportda mawinin muheriki yazilmayib men bawqa mator qoya bilerem yani dizel?
Elmir | 7 Mart 2021 21:18
Salam. Nömrəsiz mühərrik quraşdıra bilərsiniz. Amma maşın benzindirsə, dizel mühərrik qoyduqdan sonra mütləq qeydiyyata aldırmalısınız.
Avtosfer.az | 12 Mart 2021 14:31
2016 classdi arxa qabag buferin deyishib amg goymusham o elave avadanlig gedir ses guclendiricide zavoddu dyp onu dayanacaga yerleshdire biler? Qanunsuz nese var?
Elchin | 7 Mart 2021 20:36
Xeyr qanunsuz heç bir şey yoxdur. Buna görə sizə heç kim heç nə deyə bilməz.
Avtosfer.az | 12 Mart 2021 14:29
Salam texpasportda masin rengi ancaq goy qeyd olunub men onu rengin mat goy rengde rengletdirsem texpasport deyisilmelidi yenede? Zehmet olmasa cavanlandirardizda
Hafiz | 7 Mart 2021 17:36
Salam. Bəli dəyişməlidir.
Avtosfer.az | 12 Mart 2021 14:28
Salam.Səs boğucunun cəriməsi nə gədərfi?
Rasul | 7 Mart 2021 14:03
Salam. Səs boğucunun nəyini deyirsiniz? Sualı ətraflı yazın.
Avtosfer.az | 12 Mart 2021 14:27
Suruculuk mektebini bitirdikden sonra orani bitirdiyim barede senedi mene vermirler.Deyirler ki,imtaha bizsiz gede bilmezsen.Menim senedimi saxlamaga ixtiyarlari varmi?
Nasimi | 6 Mart 2021 20:38
Əslində sizə verməlidirlər. Bəlkə heç imtahana getmək istəmirsiniz. Ona görə şəhadətnamə mütləq sizə verilməlidir.
Avtosfer.az | 12 Mart 2021 14:26
Salam. Men nivaya flanqer farasi qoymag isdeyirem ne meslehet gorursuz?
Senan | 6 Mart 2021 01:15
Salam. Əgər normativ tələbi pozmayacaqsa quraşdırmaq olar. Amma belə məsləhət görmürük. Sabah mübahisələr yaranacaq yolda.
Avtosfer.az | 12 Mart 2021 14:25
200m cerime olsam mutleq yerinde odemeliyem cerimeni sora masini cerime meydancasinnan cixartmaliyam yoxsa pravama cerimeni yazib sonra oduye bilerem
Ruslan | 5 Mart 2021 18:35
1 ay ərzində ödəyə bilərsiniz.
Avtosfer.az | 11 Mart 2021 15:25
Salam. texpasporta pnevma yazdırmaq olur qanunan?
Anar | 5 Mart 2021 16:41
Salam. Xeyr. Qanunla belə şeylərin yazılması yolverilməzdir.
Avtosfer.az | 11 Mart 2021 15:25
Səs gücləndirici usuliter cermesi var? aksesuardır ya yox?
Sadiq | 5 Mart 2021 14:22
Buna görə heç bir cərimə nəzərdə tutulmayıb.
Avtosfer.az | 5 Mart 2021 15:11
Salam. Hansısa evin yaxud obyektin çıxışında svetafor qoymaq nə dərəcədə düzgündür. Nizami rayonu Mehdi Abbasov küçəsi ilə Özbəkistan küçəsinin kəsişməsində "Romance Palace" restoranının çıxışında svetafor qoyulub və özünü ağıllı hesab edən bəzi sürücülər M. Abbasov küçəsindən sağa azacıq dönərək Özbəkistan küçəsi istiqamətində hərəkət edirlər ki bu da Özbəkistan küçəsi istiqamətindən sola yəni Çobanzadə küçəsi istiqamətində hərəkət edənlər üçün problemlər yaradır və nəticədə həmin küçədə sıxlıq yaşanır. Xahiş edirəm bunu saytda işıqlandırasınız bəlkə əlaqədar qurumlar bir nəticə çıxaralar. Təşəkkür edirəm.
Zahir | 5 Mart 2021 11:43
Salam. Yaranan problem tam aydın olmadı. Siz onu videoya çəkib elektron ünvanımıza və yaxud Avtosfer.az-ın "Facebook" səhifəsinə göndərin baxaq. Həqiqətən problem varsa işıqlandıracağıq.
Avtosfer.az | 5 Mart 2021 15:11
Salam mende amerika istehsali mercedes cla250 di qazan sistemi yoxdu duz turbadi ses 85 db di amma popcorn var buna her hansi cerime nezerde tutulubmu ve hansi maddede bu oz eksini tapir ?
Elcin | 5 Mart 2021 00:55
Salam. Səs desibeli 84 olmalıdır. Əgər səs desibeli və işlənmiş qalar normadan artıqdırsa problem yaranacaq.
Avtosfer.az | 5 Mart 2021 15:09
Salam..ozume mexsus olan aftomabilimi satdim alan adam adina kecirtdi ve kohne nomre qayiya bron olaraq menim adima saxlanica qoyuldu ve indi hansu qanuna uygun olaraq yeni aldigim aftomabilime bagliyim (axir uc regemi eynidir) Bu haqda tam melumat elde etmey ucun tam kitabda harda yazlib deyin oxuyum yada imkan varsa xirdaligina tek izah edin Cox xais edirem
Royal | 4 Mart 2021 18:38
Salam. Qanunda bron olmadığı üçün dediyiniz məsələnin qanuni həll yolu yoxdur.
Avtosfer.az | 5 Mart 2021 15:07
Salam menim dovernisimin vaxti bitdiyi ucun ypx saxladi pravamda rweniyadadi Amma rweniyada oldugu pratakolun cerimesin 7 aydir odemiwem sistemde qalib masinimi cerime meydancasina apardilar bilmey isderdim mene hansina gore crime yazilacaq bez dovernus yoxsa bez prava? Menim cerimem yoxdur pravamda
Ruslan | 4 Mart 2021 15:03
Sürücülük hüququ məhdudlaşdırıldığı halda sürdüyünüz üçün 200 manat cərimə yazılacaq. Məhkəməyə müraciət edib sürücülük hüququnuzu bərpa etdirin. Ərizədə qeyd edin ki, həmin cərimələri ödəmişəm.
Avtosfer.az | 5 Mart 2021 14:59
salam vaz 2107de 175/70/13 olcude gelir tekerler biz onu 205/60/13 ile evez etsek teker disturu deilib die sayilmaz? ve ya buna gore ypx emekdawi cerime yazmaz?
ferid | 4 Mart 2021 14:51
Salam. Zavod hansı ölçüyə icazə verirsə həmin ölçüdən kənara çıxmaq olmaz.
Avtosfer.az | 5 Mart 2021 14:58
Arxa faranin renglenmesi konstruksiya deyisikliyidi ? Ve bu halda masin Cerme meydancasina aparila biler?
Emir | 4 Mart 2021 13:48
150 manat cəriməsi var. Yerində aradan qaldırıla bilmirsə avtomobil duracağa yerləşdirilməlidir.
Avtosfer.az | 5 Mart 2021 14:54
Salam. Elavede olan fotodakı nivanin faralarina DYP ilishe bilermi?
Ayaz | 4 Mart 2021 13:14
Salam. Foto gəlməyib. Yenidən cəhd edib göndərin.
Avtosfer.az | 5 Mart 2021 14:54