SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam men masinim lizingdedir ve sigorta olub olmadigindan melumatim yoxdur . Sigorta olmadigina gore cerime var mi ?
astara | 4 Mart 2021 09:02
Salam. 50 manat cəriməsi var.
Avtosfer.az | 5 Mart 2021 14:52
Salam 07 arxa purjunlari qizdirilib buna gore cerime var mi yada cerime meydancasina aparila bilermi?Kesilmeyib veya elave nese sadece qizdirilib .Melumatlandirdiginiz ucun indiden sagolun
astara | 4 Mart 2021 09:00
Buna görə 150 manat cərimə oluna bilərsiniz.
Avtosfer.az | 5 Mart 2021 14:53
Salam masini texniki baxisdan kecirmek rusumu saytlarda 20AZNyazilib ,35AZN deyirler neqederdir qanunla?
astara | 4 Mart 2021 08:57
Salam. 30 manat 40 qəpikdir.
Avtosfer.az | 5 Mart 2021 14:53
Salam 07 ye amerkanka qosmaga cerime varmi?
astara | 4 Mart 2021 08:55
Salam. Bəli 50 manat cəriməsi var.
Avtosfer.az | 5 Mart 2021 14:52
Evvala salam.zehmet olmasa deyerdiz sekilde gosterilen formada vinil vurmaq olarmi hansisa senedde bu qeyd edilmelidir yoxsa ehtiyac yoxdu?umumiyetce masinin hansi hisslerine bele xirda stikerler vurmaq olar ..evvelceden tesekkurler
Xudaat | 4 Mart 2021 00:59
Salam. Bəli vurmaq olar. Belə xırda dəyişikliyə görə təkrar qeydiyyata ehtiyac yoxdur. Amma yolda problem yaşamamaq üçün yaxşı olardı ki, DYP-dən rəsmi icazə alasınız.
Avtosfer.az | 5 Mart 2021 14:51
Salam 07-e heçnə kesmeden deyişmeden öz pastafkasiyla peredok vermişəm. Heç bir elave kanusturuksiya yoxdur, nede kesilmiyib ilise bilerler?
Murad | 3 Mart 2021 23:44
Salam. Heç bir əlavə avadanlıq quraşdırmadan necə etmisiniz dəyişikliyi?
Avtosfer.az | 5 Mart 2021 14:49
BNA dayanma qaydalarinin pozuldugu ucun yazilan cerime odenmese ne olur?
Turane | 3 Mart 2021 23:44
Üstünə faiz gələcək. Nə vaxtsa da ödətdirəcəklər.
Avtosfer.az | 5 Mart 2021 14:49
Salam 07-in arxa burjunların kesilme cerimesi ne qeder olar
İbrahim | 3 Mart 2021 18:42
Salam. 150 manatdır cəriməsi.
Avtosfer.az | 5 Mart 2021 14:48
Salam . Menim sualima niye cavab verilmeyib?
Agadadas | 3 Mart 2021 18:11
Sualınızı yenidən bildirin.
Avtosfer.az | 5 Mart 2021 14:48
Salam.Niva markali aftomobile 07 arxa yaylarini qurawdirmag qaninla qadagandi?
Sovqu | 3 Mart 2021 15:00
Salam. Bəli qadağandır.
Avtosfer.az | 5 Mart 2021 14:36
Salam 3.28 durmağ qadagandir niwanin pozulmasi neqeder cermesi var?
Elyar | 3 Mart 2021 14:36
Salam. 20 manatdır cəriməsi.
Avtosfer.az | 5 Mart 2021 14:36
Salam.menim qazel markali yuk avtomobilim var.texpasportda yazilib bortlu tentli men bu mawini tentsiz sure bileremi.xaiw edirem sualima cavab veresiz
Aziz | 3 Mart 2021 13:21
Salam. Tentsiz sürə bilərsiniz. Heç bir problem yoxdur.
Avtosfer.az | 12 Mart 2021 14:25
Salam 015 in arxa purjnlari sport purjun qoydurmaqa icaze var? Yeni cermesi var?
Ferid | 3 Mart 2021 09:52
Salam. Məsləhət deyil. Mübahisələrə gətirib çıxaracaq.
Avtosfer.az | 3 Mart 2021 14:22
salam.bugun meni qai saxlayıb cerime meydancasina apardi.sebeb ise on ve arxa bumperlerin yerinde olmamasi imiw.negeder desemdeki bumperin olmamasina gore cerime yoxdu anlamadi.ustelik qeza haqqinda kagizimda var idi.men bu halda ne etmeliyem?
Yusif | 3 Mart 2021 00:32
Salam. Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa şikayıt edin. Qanunsuzluq ediblər.
Avtosfer.az | 3 Mart 2021 14:21
Salam nivanın arxa yayları kəsik deyil köhnə maşınındı cəriməsi nə qədərdir?
Nurlan | 2 Mart 2021 23:19
Salam. Bunun cəriməsi yoxdur.
Avtosfer.az | 3 Mart 2021 14:20
Salam menim pravam riweniyadadi cerimelerin odemiwem mehkeme cixartmiyib masinimi cerime meydancasina apardilar sistemnen silinmiyib men nece ede bilerem pravam riweniyadan cixsin
Ruslan | 2 Mart 2021 14:47
Salam. Həmin məhkəməyə adi bir ərizə yazın və bildirin ki, həmin cərimələri ödəmisiniz. Ödəniş qəbzlərini də ərizəyə əlavə edib yazın ki, mənim sürücülük hüququmu bərpa edəsiniz.
Avtosfer.az | 3 Mart 2021 14:18
Salam maşının sığortası bitmesinden 3 gün keçir sığorta eletdirmek üçün gederken yolda meni DYP sığortaya göre cerime ede bilermi?
Murad | 2 Mart 2021 12:32
Salam. Bəli kamera vasitəsi ilə 50 manat cərimələnə bilərsiniz. Heç yerə getmədən onlayn sığorta etdirə bilərsiniz.
Avtosfer.az | 3 Mart 2021 14:16
Salameleykum 2107 masin ucun kurzaviklere cerme varmi.yeni olmasa
Novruz | 2 Mart 2021 00:40
Salam. 50 manat cəriməsi var. Əgər onu quraşdıra bilirsinizsə cərimə də yazıla bilməz. Mübahisə yaranmaması üçün mütləq quraşdırın.
Avtosfer.az | 3 Mart 2021 14:13
Niva Xamilyon Patprese icaze var ? Plyonka deyil Orginal Xamilyon patpres
vuqar | 1 Mart 2021 23:33
Xamelyon şüşəyə icazə yoxdur.
Avtosfer.az | 3 Mart 2021 14:11
Amerikanka işığına cerme var?
Sadiq | 1 Mart 2021 22:43
Sonradan quraşdırılırsa bəli cəriməsi var.
Avtosfer.az | 3 Mart 2021 14:09
Men avtomobilin on susesini rengli suse ile deyisdirmek isdeyirem almaq istediyim susede ise normativ uygun 75%faiz seffafliq 25%tundluk var Lakin susenin uzerinde hunday logosu yox susenin istehsal eden Benson firmasinin logosu var buna icaze var?yoxda mutleqki orda hunday logosu olmalidir
Sebuhi | 1 Mart 2021 22:08
"Hyundai" logosuna ehtiyac yoxdur. Əsas şəffaflıq məsələsi qaydalar çərçivəsində olsun.
Avtosfer.az | 3 Mart 2021 14:08
Salam.tex pasportda öz adima olan avtomobili,mehdudiyet qoyulub.mennen evvelki sexsin banka borcu olduguna göre.kime muraciet edim.masini mennen ala bilerler?Sag olun
Huseynaga | 1 Mart 2021 20:53
Salam. Texpasportda sizin adınız qeyd olunubsa sizdən əvvəlki şəxsin məhdudiyyətinin nə aidiyyəti var məsələyə?
Avtosfer.az | 3 Mart 2021 14:06
Salam.Bilmek isteyirdim eger turbo matorun turbosunu kontrol elemek ucun avadanliq qurasdirmaq qanunsuzdurmu.bu qurgunun isi sadece turbonu sondurub acmaqdi
Oruc | 1 Mart 2021 18:54
Salam. Sualınız aydın olmadı. Turbonu sökdürmüsünüz?
Avtosfer.az | 3 Mart 2021 14:05
salam icaze var bele wuwelere fioletivi ?
elcan | 1 Mart 2021 15:01
Əgər şəffaflıq 75 faizdən az deyilsə icazə var.
Avtosfer.az | 3 Mart 2021 14:03
Salamun Aleykum maşınim xanimimin adindadir men maşınimi nigah şehadetnamesi ile idare edirem yoı haqqinda qanunun 37 ci maddesinin 1 ci bendine esasen amma yoı polisi deyirki olmaz qanunda deyir boşluq var bi nece duzgun olur
Elnur | 1 Mart 2021 12:12
Salam. Birgə nikah dövründə əldə edilmiş avtomobildirsə nikah haqqında şəhadətnamə ilə idarə edə bilərsiniz. Ailə Məcəlləsinin 32 ci maddəsinə əsasən.
Avtosfer.az | 3 Mart 2021 14:00
Salam size bir neçe sualım var.avtomobilin qabaq şüşe ve patpresine neçe dereceliy pilyomka vurmaq olar.xais edirem yazasiz
Nurlan | 1 Mart 2021 05:23
Salam. Alın şüşəsinə və qabaq yan şüşələrə heç bir plyonka vurmaq olmaz.
Avtosfer.az | 3 Mart 2021 13:58
Salam,Ypx emekdaşlarının istedikleri yerde dayanıb bütün maşınları heç bir qayda pozuntusu etmediyi halda sadece yoxlanış meqsedi ile saxlamağa icazesi var?
Nemət | 28 Fevral 2021 23:58
Salam. Reyd zamanı yoxlaya bilərlər. Lakin reyd olmadığı halda yalnız stasionar postlarda yoxlaya bilərlər.
Avtosfer.az | 3 Mart 2021 13:54
Salam Aleykum. Bağışlayın sizden bir sual soruşum:Sürücüden arxa yan şüşelere qarmoşka deyilen perdeden vurmaq cerimedir.?
Asim | 28 Fevral 2021 23:24
Salam. Xeyr cəriməsi yoxdur.
Avtosfer.az | 3 Mart 2021 13:53
salam 90vx510 dovlet qeydiyat nomreli afdomobil kimin mulkuyetinde birde son davernus kime verilib adlai birde nomreleri zehmet olmasa
Zaur | 28 Fevral 2021 22:56
Salam. Zəhmət olmasa bunu DYP-dən soruşun.
Avtosfer.az | 3 Mart 2021 13:52
Salam. Qarla elaqedar mawinin buferini ezmiwdim ypx meni saxlayib cerime meydancasina apardi ve hec bir protokol yazlimayib artiq mawin 36 saatdir cerime meydancasindadir bununla bagli ne ede bilerem
Fexri | 28 Fevral 2021 21:10
Salam. Bununla bağlı cərimə meydançasına apara bilməz. Amma qəza ilə bağlı DYP-yə vaxtında məlumat verməli idiniz.
Avtosfer.az | 3 Mart 2021 13:51