SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam. Avtomobile sport yaylar qoymaq isteyirem. qanunidir bu?eger qanunidirse zehmet olmasa maddesini de deyerdiz
Xəlil | 18 Fevral 2021 08:55
Salam. Əgər sertifikatı varsa və bu yaylar normativ tələbi pozmursa quraşdırmaq olar. Onu şifahi deyə bilmirik.
Avtosfer.az | 25 Fevral 2021 21:44
99-LR-171 telefon momuresi lazimdir mende variydi telefonumu itirdim getdi men pul bostudur masin satmisam hele xeber yoxdur o adamdan xayis edirem el telefonunu veresizde mene
Ferid | 18 Fevral 2021 07:37
Bu məlumatlar yalnız DYP idarəsində olur.
Avtosfer.az | 25 Fevral 2021 21:43
Mənə məxsus olan avtomobilin texniki baxış müddəti bitmişdir.Sürülmədiyi halda mənim elektron kabinetimə EQ 5476071 saylı protokol gəlmişdir.Təqdim olunan protokoldakı şəkildən də görünür ki,avtomobil uzun müddətdir ki,(yəni bir neçə aydır) istifadə olunmur.Bilmək istəyirəm bu nə dərəcədə doğrudur
Kəmalə Budaqova | 17 Fevral 2021 22:22
Avtomobil sürülmürsə protokol necə tərtib olunur? Əgər yolda hərəkət etdiyi foto varsa deməli hərəkət olub ki, çəkiblər.
Avtosfer.az | 25 Fevral 2021 21:41
Salam. Nivada texpasportda universal yazilib Ama men urbana yigdirmiwam Bunun icazesi varmi? Ve wekilde gorduyunus faralardan qoydurmuwam. Bunlara icaze varmi? Mumkunse aciqlama verersiz. Eger bunlarain icazeai yoxsa cerimeai flan ne qederdi?
Rizvan | 17 Fevral 2021 16:37
Salam. Urbana yığılmasının heç bir problemi yoxdur. Foto gəlməyib bizə.
Avtosfer.az | 19 Fevral 2021 13:59
Salam . Faralara tund plonka ve ya qoruyucu plonka vurmaqa icaze varmi. ?
Oktay | 17 Fevral 2021 07:32
Salam. Xeyr, icazə yoxdur.
Avtosfer.az | 19 Fevral 2021 13:56
Salam, mehkeme 2022 qeder masin surmeyi qadagan edib, bilmey isdiyirem ki muddet bitende, qerar ayin necesi cixibsa ogun qaytarlacaq? birdeki hara muraciet edib alacam pravani, zehmet olmasa cavablandirin
Fərman | 17 Fevral 2021 01:32
Salam. Bəli qərar verildiyi gündən hesablanır. Vəsiqəni hara təqdim etmisinizsə həmin yerə müraciət etməlisiniz.
Avtosfer.az | 19 Fevral 2021 13:54
Avtomobilimi satmışam geri ala bilərəmmi
Faiq | 16 Fevral 2021 23:28
Satdığınız şəxslə danışın.
Avtosfer.az | 19 Fevral 2021 13:53
Salam. Ses bogucunu texpasporta qeyd etdirmek ne qederdir?
Heyan | 16 Fevral 2021 17:57
Salam. Səs boğucu ilə bağlı qeydiyyat şəhadətnamsinə hər hansısa bir qeyd yazılması qanunvericilikdə nəzərdə tutulmayıb.
Avtosfer.az | 19 Fevral 2021 13:51
Salam aftamabilin damina qara plonka kimi nese cekiller ya karbon deyiller bilmirem ona icaze var? Menim masinim göy rengdedi daminda qara plonkaya oxshar nese cekibler bilmirem onu cixartim ya qalsin
Elshad | 16 Fevral 2021 17:03
Salam. DYP-yə müraciət edin. Əgər icazə verilsə qalsın, icazə verilməsə sökərsiniz.
Avtosfer.az | 19 Fevral 2021 13:47
Salam, Həyat yoldaşına maşın sürmək etibarnaməsi vermək məcburudu? yani etibarnaməsiz idarə edə bilərmi avtomobili?
ILHAMA | 16 Fevral 2021 15:32
Salam. Əgər birgə nikah dövründə əldə edilmiş avtomobildirsə nikah haqqında şəhadətnamə ilə idarə edə bilərsiniz.
Avtosfer.az | 19 Fevral 2021 13:46
Salam. Avtomobilin müherrikini deyismek istiyirem, nomresiz (beznomer) bir muherrik qoymaq istiyirem. Zehmet olmasa bunun qanuni procedurunu ve qiymetini deyersiniz.
Telman | 16 Fevral 2021 14:23
Salam. Mühərrikin mənbə sənədi ilə birgə DYP-nin qeydiyyat imtahan idarəsinə yaxınlaşmalısınız və 55 manat 80 qəpik verib qeydiyyat şəhadətnaməsini dəyişməlisiniz.
Avtosfer.az | 19 Fevral 2021 11:57
Salam sizden oyrenmey isdiyerdim chevroket cruze 2016 yeni almiwam ozumunde xeberi yoxdu yol patrul xidmeti saxladi dedi ve sizin arxa yaylar qizdirilib bilmey isdiyerdim bu qizdirilmis sayilir ?
Qara | 16 Fevral 2021 13:33
Salam. Əgər qızdırılıbsa deməli qızdırılıb. Onu biz qiyabi şəildə necə bilək?
Avtosfer.az | 19 Fevral 2021 11:55
Salam . Mumkunse cavablandirardiniz.Men avtomobilimi Generalni davernisle almishdim texpasportda offroad yazmishdi. oz adima kechirenden sonra universal yazildi ne anlama geldiyini mumkunse achiglayardiniz.onceden teshekkurler.
Rovshan | 15 Fevral 2021 21:40
Salam. Bunu DYP ilə dəqiqləşdirin görün niyə dəyişib?
Avtosfer.az | 19 Fevral 2021 11:54
Lizinqde olan maşının pulu tam ödenildikden sonra 1.3 motorlu 2008 ci il ada keçirmek haqqı ne qederdir
Aslanov Abulfaz | 15 Fevral 2021 17:32
97 manat 70 qəpik rüsumu var.
Avtosfer.az | 19 Fevral 2021 11:54
Mende masin 2015 ci ildi niye mene texniki baxisa gore cerime gelib
Samir | 15 Fevral 2021 12:03
Sonuncu dəfə texniki baxışdan nə zaman keçmisiniz? Sizin maşın 2020-ci ildə və 2022-ci ildə keçməlidir. Ola bilər ki, ötən il keçməmisiniz. Əgər ötən il keçmisinizsə şikayət edin silsinlər.
Avtosfer.az | 19 Fevral 2021 11:51
Salam. Avtomobilimde icinde oldugum halda 1-2 deqiqe yolun kenarinda gozlediyime gore Bna terefinde 346.1 maddesiyle 20 manat cerime olunmusam. Avtomobilinde icinnen yox arxa hisseden foto sekili cekilibdi bu duzgundurmu.?
Ulvi | 15 Fevral 2021 00:19
Salam. Əgər dayanma-durma qaydasını pozmusunuzsa tam doğru yazılıb.
Avtosfer.az | 19 Fevral 2021 11:49
Salam uslitel veya sabuver yeni baqajda boyuk kalonka yerlesdirdikde bu qayda pozuntusu mubahisesi olduqda YPX emekdasina hasi qanunun maddesini gorsesmek olar? (Kanstruksiya deyisikliyi elave avadanliq deyilir)
Sadiq | 14 Fevral 2021 23:44
Salam. Bununla bağlı qanunda heç bir normativ tələb nəzərdə tutulmayıb. Qanunda yazılıb ki, normativ tələblər pozulmaqla avadanlıq quraşdırmaq olmaz. Polis əməkdaşı göstərsin görək usilitelin normativi harada yazılıb.
Avtosfer.az | 19 Fevral 2021 11:49
2012 ilden gerqrsiz ceriem var onu odenish elemeliyem yoxsa odenishsiz pozdura bilerem?
Orxan | 14 Fevral 2021 23:38
Qərar verilməyibsə DYP-yə müraciət edin sistemdən silsinlər.
Avtosfer.az | 19 Fevral 2021 11:47
Salam. Mənim maşınımın texniki baxış və sığorta müddəti keçib. Mmk cəriməsi gəlib cəriməni ödəməmiş yenidən mmk çəkə bilər bu formada idarə etsəm maşını?
Rəhim | 14 Fevral 2021 21:54
Salam. 20 gündən sonra yenidən çəkəcək.
Avtosfer.az | 19 Fevral 2021 11:46
Salam aleyküm DTX akademiyasında oxuyan kursantlara namaz qılmağa icazə varmı?
Ayxan | 14 Fevral 2021 15:43
Salam. Bunu biz bilmirik.
Avtosfer.az | 19 Fevral 2021 11:45
Buyur qardas pikap budu
Sair | 14 Fevral 2021 13:02
Foto gəlməyib. Fotonu göndərən zaman sualınızı təkrar ünvanlayın.
Avtosfer.az | 19 Fevral 2021 11:45
Avtomibilin dovlet nomre nisanina gore sahinin adini mueyyen elemek olar?
Shahla | 14 Fevral 2021 08:53
Bəli olar. Amma bunu yalnız DYP bilir.
Avtosfer.az | 19 Fevral 2021 11:43
vaz 2107 də panellər cihazını elektronla əvəz etmək olarmı
Rəfail | 13 Fevral 2021 22:23
Olar. Amma qaydasında işləməlidir.
Avtosfer.az | 19 Fevral 2021 11:42
salam bele bir fara nivaya qurawdirmaga icaze varmi?
Elcan | 13 Fevral 2021 02:18
Salam. Foto gəlməyib. Yenidən cəhd edib göndərin.
Avtosfer.az | 19 Fevral 2021 11:42
salam men vaz 2107 ye stinger firmasinin vaz 2107 uycun eyni ses bogucusun qurawdirmiwam hec bir elave iw gordurmeden baglanan yerine kimi bire bir eynidi sadece forma cehetden ferqlidi bide sesinde cox cuzi ferq var uzerindede etiketindede yazilib vaz 2101/07 buna gore meni ypx emekdawi cerimeliye bilermi?
ferid | 13 Fevral 2021 01:42
Salam. Əgər işlənmiş qazların xaricetmə sistemi öz qaydasında işləyirsə və səsi 84 desibeldən yuxarı deyilsə heç bir cərimə yazıla bilməz.
Avtosfer.az | 19 Fevral 2021 11:41
Salam evvala cox saqolun unvanlanan suallari cavablandirdiginiz ucun . Menim bir nece sualim var. Demeli menim avtomobilim vaz2115 di men avtomobilimde qabaq on yaylari yenisi ile evez etmiwem ve avtomovilin qabaqi hundur gorunur bunu ypx emekdawi saxlayib iddia edirki bes siz konstruksiya deyiwikliyi etmisiz falan filan .1 ci sualim iddia etdikleri konstruksiya deyiwikliyi hesab olunur ? 2 ci sualim men yerinde nece izah ede bilerem ki, madde ile subut etsin ki men heqiqeten olar dediyi kimi konstruksiya deyiwikliyi etmiwem . 3 cu sualim ise bu hallda menim avtomobilimi qanunsuz olaraq cerime meydancasina apara bilermi ?
Ruslan | 13 Fevral 2021 01:32
Əgər heç bir dəyişiklik etməmisinizsə heç bir problem yoxdur. Dəyişiklik olunmadığı halda maşını duracağa aparmaq qanunsuzdur. Polis əməkdaşı yerindəcə sizə sübut etməlidir ki, filan dəyişiklik edilib. Bunu sizə sübut edə bilmirsə İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi sizin xeyrinizə həll edir məsələni.
Avtosfer.az | 19 Fevral 2021 11:40
faralari veya stoplari vinille tundlewdirmek olarmi?olarsa eger nece faiz olmalidi,yoxsa ümumiyətlə icaze yoxdu?
Yusif | 12 Fevral 2021 23:15
Qanun bunu qadağan edir.
Avtosfer.az | 19 Fevral 2021 11:37
Salam.Menim avtomobilim nivadı arxa yaylar kesik deyil ancaq ölübdü bele kesik purjunla müqaisede hardasa 2 kruq yarım gelr ancaq kesik deyil buna göre cerime varmı?Yoxdusa nece sübut ede bilerem?
Rəsul | 12 Fevral 2021 22:47
Salam. Ölü yaylara görə heç bir cərimə nəzərdə tutulmayıb. Amma yaxşı olardı ki, yenisi ilə əvəz edəsiniz.
Avtosfer.az | 19 Fevral 2021 11:36
Salam menim sualim vergiye goredi dunen asant xidmete geddim 1 kelme soz soruwmaga gore mene dediler ki ged 10 manat pul ode soram gelersen dedi bir kelmeye 10 manat meslehet ))) size sualim odu ki men ozumun bir balaca biznes kimi isim var menen sirket kimi bir seneet teleb ediler ki meselcun bu mali basqasina satiram sa o senetde alqi satqi olsun men onu nece ede bilerem .?
Senan | 12 Fevral 2021 20:04
Salam. Siz bu məsələ ilə bağlı hüquqşünaslarla məsləhətləşməlisiniz.
Avtosfer.az | 19 Fevral 2021 11:35
men size vaz2106nın yaylarının çox istifade olunduğuna gore arxasi aşağı olduğunu yazmışdım cavablandırdığınıza göre teşekkur edirem .Yaylara müdaxile etmediyimi polisler özderi görselerde istismara yararsiz olduğunu ve deyisilmeli olduğuna göre 50 azn cerime yazdılar
Fuad | 12 Fevral 2021 19:50
Qanunda yazılıb ki, nasazlığı aradan qaldırmaq mümkün olmadıqda 50 manat cərimə yazıla bilər. Siz o nasazlığı aradan qaldıra bilirsinizsə cərimə yazıla bilməz.
Avtosfer.az | 19 Fevral 2021 11:19