SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam."B" kateqoriyası üçün oxumamış,ferdi hazırlaşmaqla bir defe imtahan vermek olarmı?
Rizvan | 1 Yanvar 2021 21:54
Salam. Müstəqil olaraq 2 dəfə imtahan vermək olar. 2 ci dəfə imtahandan keçməsəniz sürücülük məktəbi oxuyası olacaqsınız.
Avtosfer.az | 2 Yanvar 2021 19:26
Salam.Rusiya vetendaşı olan Azerb. vetendaşlığını da alan şexs sürüc.vesiqesini nece almalıdır? Burada yeniden imtahan vererek,yoxsa Rusiya vesiqesini teqdim etmekle? "B" kateqoriyası,25 illik tecrübesi var.Alanda Rus vesiqesi özünde qalırmı? Çox sağ olun.
Rizvan | 1 Yanvar 2021 21:24
Salam. Qeydiyyat-İmtahan idarəsinə yaxınlaşıb dəyişdirin. Bu halda Rusiya nümunəli sürücülük vəsiqəsini DYP-yə təhvil verəcəksiniz. Nə vaxtsa Rusiyaya qayıtsanız, yenidən dəyişib gedəcəksiniz.
Avtosfer.az | 2 Yanvar 2021 19:07
Vaz 2107 ye 215/50/13 təkər qoysam zavod diskinen cermesi var?
Qurban | 1 Yanvar 2021 02:41
Vaz 2107 üçün hansı ölçü nəzərdə tutulubsa, həmin ölçüdən kənara çıxmaq olmaz. Əks halda cərimələnəcəksiniz.
Avtosfer.az | 2 Yanvar 2021 19:05
Salam bmw 328 markasına xor-xor qoşulub, texpasporta m3 yıgılb yazılıb, ses bogucuya göre qayı cerme yaza biler
Emil | 31 Dekabr 2020 23:53
Salam. Əgər səs desibelini aşırsa problem yaranacaq.
Avtosfer.az | 1 Yanvar 2021 00:01
salam lede cerme var
Qurban | 31 Dekabr 2020 11:00
Salam. Mütəxəssis tam qaydalara uyğun quraşdıra bilirsə cəriməsi yoxdur.
Avtosfer.az | 31 Dekabr 2020 12:30
Salam mende panarama 2002 2,6 matordu bu avtomobile disk teker almiwam 19 luq Arxa 275 35 19 Qabaq 245 35 19 Buna icaze var yoxsa yox? Birde bir sualimda var sozu geden avtomobilde mennennqabaq ses bogucu qurawdirilmiwdi ses gucu 77 idi olcdurmuwem meni dyp saxladi ve dediki cerime meydancasina getmelidi bu duzgundu yoxsa yox zehmet olmasa fikir bildirerdiz tewekkurler!
Qismet | 31 Dekabr 2020 01:48
Salam. Yalnız zavodun tövsiyə etdiyi ölçülərdən istifadə edə bilərsiniz. Bunun üçün isə ya kitabçadan, ya da internet üzərindən axtarış verib baxa bilərsiniz. İkinci məsələdə isə polis düzgün etmir. 96 db-lə kimi icazə var.
Avtosfer.az | 31 Dekabr 2020 12:29
Size sade nivaya urban buferi ile bagli sual vermisdim cox sagolun cavabladiz ki, beli qurashdira bilerik. Mumkunse bununla bagli 2ci sualim da var. eger ypx emekdashi bele bir halda saxlayib dese ki, yox qeydiyyat shehadetnamesinde urban sozu yazilmalidi. sehv etmiremse "1 nomreli elave" var elave avadanliqlarla bagli. o zaman hemin "elave"nin sırf hansi maddesi esas gosterilmelidi ki, buna gore cerime tetbiq olunmasin?
Elvin | 30 Dekabr 2020 23:46
Əlavə avadanlıq deyilən anlayış yoxdur. Normativ tələbi pozaraq avadanlığın quraşdırılması və dəyişdirilməsi məsələsi var. Urban buferi sadə nivaya quraşdırmaq normativ tələbi pozmur. Əgər polis eyirsə ki, pozur, onda sübut eləsin. Bu cür dəyişikləri qeydiyyat şəhadətnaməsinə yazdırmaq isə qanunla nəzərdə tutulmayıb. Göndərdiyim linki açıb oxuyun. https://avtosfer.az/az/yazarlar/niva-suruculerinin-diqqetine-buna-gore-cerime-yazila-bilmez-amma-yazilir-87975
Avtosfer.az | 31 Dekabr 2020 00:26
Salam birbwey soruwum sizden.Men mawin nivadir.Sadece bilmey isteyirem ki mawinin ön farasını dəyişib Wrangler markali mawinin ön farasını qoymaq istəyirəm Bu qanuna uygundur ya yox eger uygun deilse cerimesi ne qeder ola biler
Ferhad | 30 Dekabr 2020 09:25
Salam. Qadağandır. 150 manat cəriməsi var.
Avtosfer.az | 30 Dekabr 2020 12:41
Cox sagolun suali cavablandirdiniz.Xeyir aparatla yoxlamayiblar bele baxanda deyibler , youtube-dada o hemen masinlarin seside o cur cixir rieger.Ustayada apardim dedi deyiwiklik olunmayib sadece rieger tuning olunub.Senetdede qeyd olunub.
Teymur | 30 Dekabr 2020 01:58
Siz aparatla yoxlatdırın. Tünuniq zavod tərəfindən olunub, yoxsa hansısa usta tərəfindən?
Avtosfer.az | 30 Dekabr 2020 12:38
Salam.men mawinin arxasina hazir zavod sport yaylar qoysam bu konstruksiya sayilir?bu yaylarnan mawin arxasi awaqi duwecek.
Emin | 30 Dekabr 2020 00:52
Salam. Mübahisəli məsələdir. Ona görə də quraşdırmasanız daha yaxşı olar.
Avtosfer.az | 30 Dekabr 2020 12:37
Xeberim olmadan pratakol yazilib
Habil | 29 Dekabr 2020 23:37
DYP-yə müraciət edin.
Avtosfer.az | 30 Dekabr 2020 00:06
Salam Vaz2109 markalı maşına qanundan neçe barmağ peradok vermek olar?
Hüseyn | 29 Dekabr 2020 01:12
Salam. Asqı sisteminə müdaxilə etmək olmaz.
Avtosfer.az | 30 Dekabr 2020 00:04
Salam menim maşınım audi s5 4.2 coupe mator V8 dir , senetde rieger tuning yazılıb , qurşutel başlıqlarındada rieger tuning yazilib ,sesi yüksekdir youtube-da o maşınlara baxıram sesi eledir ama bezen polisler buna ğöre meni incidir. Men ne ede bilerem?
Teymur | 28 Dekabr 2020 22:49
Salam. Zavod buraxdığı avtomobilin səs desibeli normadan artıq ola bilməz. Ya sonradan səs gücünü artırıblar, ya da düzgün ölçmürlər.
Avtosfer.az | 30 Dekabr 2020 00:03
Salam. bilmek isteyirdim sade nivaya uzerinde duman farasi olmayan niva urban buferi qoydurmağın cerimesi var?
Elvin | 28 Dekabr 2020 21:38
Salam. Xeyr, cəriməsi yoxdur. Rahatlıqla quraşdıra bilərsiniz.
Avtosfer.az | 30 Dekabr 2020 00:01
Opel Astra G arxa qazanın ici dağılıb.maşina hansı problem göstərə bilər?
Emil | 28 Dekabr 2020 12:43
Biz mütəxəssis deyilik. Amma qeyd edək ki, maşına heç bir problem olmayacaq. Sadəcə səs edəcək.
Avtosfer.az | 28 Dekabr 2020 13:32
Salam 99hk219 nomreli masinin cermesi ne qederdi ? Melumat vererdizde
Elgiz | 28 Dekabr 2020 02:20
Salam. Bununla bağlı DYP-dən məlumat ala bilərsiniz.
Avtosfer.az | 28 Dekabr 2020 13:31
Masinin fara da olan sari isiqin yerine rengli yeni qirmizi isiq qoymaqa icaze varmi ?
Elgiz | 28 Dekabr 2020 02:19
Xeyir. Buna icazə yoxdur.
Avtosfer.az | 28 Dekabr 2020 13:30
Masina pnevmani yigdirmaq ucun yol polisinden icaze kagizi almaq lazimdirmi icazesiz qosdurub surende yol polisi strafnoya apara bilermi?
İsmayıl | 27 Dekabr 2020 21:52
Asqı sistemi qeydiyyata qoyulmur. Qanunda belə şey nəzərdə tutulmayıb. ƏSas odur ki, normativ tələblər pozulmasın.
Avtosfer.az | 27 Dekabr 2020 23:02
Salam mende vaz 2106 masindi bunun arxa yaylari yeni purjunu zavod nece olmalidi
Kenan | 27 Dekabr 2020 17:41
Salam. Mağazadan yenisini götürüb sayın. Biz belə sayını bilmirik.
Avtosfer.az | 27 Dekabr 2020 23:01
Salam avtomobilimin katalizatorunu sokdurub decat/downpipe eletdirmishem ve yeni qazan qoyduraraq ses sistemi yigdirmisham. Sesin neche desibel oldugunu harda yoxlatdira bilerem ve bu elediyimi konstruksiya deyishikliyini nece qanuni formaya sala bilerem? Yaxud qanunidirmi?
Habil Nesirov | 27 Dekabr 2020 15:41
Salam. Decat nədir? İşlənmiş qazların xaric etmə sistemi düzgün işləmirsə deməli qaydaları pozmuş hesab olunursunuz. Səs desibelini isə rəsmi servis mərkəzlərində yoxlada bilərsiniz.
Avtosfer.az | 27 Dekabr 2020 23:01
Salam . Her vaxtiniz xeyir. Mende e39 bmwdir.Yaylari ve amartizatorlari sport olaraq qoymuwam. Tebiiki bmw e39 ucun nezerde tutulmuw yaylardir ve amartizatorlardir. Buna gore ypx meni cerimeliye biler?yeni tekere kimi awagi duwub. Buna gore duracaga apara bilermi.? Ve hansi qanuna esasen.
Royal elekberov | 27 Dekabr 2020 04:08
Salam. Mübahisəli məsələdir. Ona görə məsləhət görərdik ki, zavod quraşdırdığı yaylardan istifadə edəsiniz.
Avtosfer.az | 27 Dekabr 2020 15:01
Salam BMW F10 528 markalı avtomobilimə "Custom" səs sistemi yığdırmaq istəyirəm ki səsi daha dolğun və gur olsun (qanunda göstərilən desibel səbiyyəsinə uyğun olmaq şərti ilə). Həmin səs sistemini necə, nə cür yığdırmalıyam ki, bütün sənədlər qaydasında olsun və qanun pozuntusu olmasın. Bundan əlavə olaraq da yığılan səs sistemini sənədləşdirməyə ehtiyac varmı? Bu proses necə gerçəkləşir?
Isfendiyar Haqverdiyev | 26 Dekabr 2020 20:33
Salam. Bunu rəsmi servisdə yığıdırsanız yaxşı olar. Bundan sonra həm səsi ölçsünlər, həm də işlənmiş qazların miqdarını yoxlasınlar. Əgər heç bir problem yoxdursa, deməli sürə bilərsiniz. Buna görə isə qeydiyyat nəzərdə tutulmayıb.
Avtosfer.az | 26 Dekabr 2020 20:46
Salam. Üzr istəyirəm, mənim adıma keçirdiyim avtomobilin texniki baxışı var idi. Məndə 30 manat texniki baxış rusumunu əkavə ödədiblər. Kassaya ödəmişəm. Bu məbləği geri qaytarmaq mümkündür?
İlkin | 25 Dekabr 2020 15:45
Salam. Əslində həmin rüsum qanuni tutulub. Çünki "Dövlət Rüsumu Haqqında Qanun"un 18.65.2-ci maddəsində qeyd olunub ki, "Nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün 30 manat dövlət rüsumu ödənilməlidir". Sizdə texniki uçot göstəriciləri dəyişdirildiyi üçün həmin 30 manatın alınması qanunidir.
Avtosfer.az | 26 Dekabr 2020 17:19
Salam masin priora arxa yaylarin kesildiyini deyerek duracaga aparmaq duzgundurmu?Senedlerimi de qaytardi masin amma duracaqdadi deyir şeher qayisina get duzgundurmu?
Nail | 25 Dekabr 2020 10:00
Salam. Kəsilibsə apara bilər.
Avtosfer.az | 26 Dekabr 2020 14:24
Men helede cvab gelmeyib ki sene bu sosial dusur yoxsa yox
Samxal | 25 Dekabr 2020 04:49
Sosial Müdafiə Nazirliyindən soruşun. Bura xəbər saytıdır.
Avtosfer.az | 26 Dekabr 2020 14:23
Salam 06 maşında qabaq krloynan tekerin arası,birde arxa təkərlər krilonun arası neçə barmaq olmalıdı qanunnan?
Zaur | 25 Dekabr 2020 00:08
Salam. O, barmaqla ölçülmür. Elə bir standart yoxdur. Sadəcə asqı sisteminə müdaxilə etmək olmaz. Zavod necə buraxıbsa, elə də olmalıdır.
Avtosfer.az | 26 Dekabr 2020 14:22
Salam. Menim Smsradar proqramımda 10 AZN cerime gelib.Menim avtomobilim deyil ve men heç o yolda o tarixde orda olmamışam. Men kime şikayet edim, formada bir nece adamın adı gösterilib.
Yalçın | 24 Dekabr 2020 21:31
Salam. Bu linkə daxil olub şikayətinizi bildirin silsinlər. https://dyp.gov.az/?/az/online/
Avtosfer.az | 26 Dekabr 2020 14:17
Salam maşının yan güzgülərin dəyişib başqa marka maşını yan güzgülərinən əvəz eləməy olar ? Yoxsa cərməsi var?
Cavid | 24 Dekabr 2020 03:09
Salam. Bəli olar. Heç bir problem yoxdur.
Avtosfer.az | 26 Dekabr 2020 14:14
salam bmw 528 bele bawliglar bele lip qoyanda icaze varmi?
Asif | 24 Dekabr 2020 02:27
Salam. Əgər səs desibeli pozulmursa və işlənmiş qazların xaric etmə sistemi düzgün işləyirsə heç bir problem yoxdur. Arxa qazanı deşib əlavə edirsiniz?
Avtosfer.az | 26 Dekabr 2020 14:13
salam bmw f10 arxasini m5 bawliglar qoyanda senetde qeyd olunmaldi?
Emil | 24 Dekabr 2020 02:24
Salam. Bu cür dəyişikliklər qeydiyyat şəhadətnaməsinə qeyd olunmamalıdır. Əsas odur ki, səs desibeli pozulmasın və işlənmiş qazların xaric etmə sistemi düzgün işləsin.
Avtosfer.az | 26 Dekabr 2020 14:10