SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Bir daha salam. Söhbət plyonkadan getmir. İstehsalçı tərəfindən quraşdırılan tünd şüşələrdən (zavadskoy) qedir. Zəhmət olmasa bu məsələni aydınlaşdırın.
Cavid | 19 Fevral 2024 10:55
Salam. Fərqi yoxdur. Biz bildirdik ki, arxa yan və arxa şüşənin şəffaflığı ilə bağlı normativ qəbul olunduğu üçün plyonka və ya tünd şüşədən istifadə etməyə görə qeydiyyatdan imtina oluna bilməz.
Avtosfer.az | 21 Fevral 2024 20:51
salam.men size nomre ve qabarit isiqlari ile bagli sual vermisdim, mene bu cür cavablandirmisiniz : Salam. Nömrenin işığı ağ olmalıdır. Dediyiniz qabarit işıqlara ise ön terefe ağ, arxa qabaritlere isr qırmızı lampa qoymaq olar. siz burda ağ isiq deyende hansini nezerde tutursunuz? men ağ yeni o led isiq kimi isiq veren lanmpa nezerde tuturam, öz zavod isigi nomrede ve qabaritde sarımtıl olannandi, yeni yaxin ve uzaq vuran isiq kimi gün isigi kimi sarimtil.yeni qabarit ve nomreninkin deyisib o led kimi ağ olann lampa qoymaq olar?
ikram | 19 Fevral 2024 08:31
Dediyiniz lampalardan istifadə edə bilərsiniz. Amma yaxın işıqlara led quaşdırmayın.
Avtosfer.az | 21 Fevral 2024 20:49
Salam menim ses bogucumda bele 2eded desik var svarka olunub ama svarka atib qesdnen desilmeyib.buna gore mashin duracag yerleshdirile biler?
Memmed | 19 Fevral 2024 03:07
Salam. Qəsdən olunmayıbsa yox. Amma belə sürməyiniz də düz deyil. Görürsünüz deşilib dəyişdirin.
Avtosfer.az | 21 Fevral 2024 20:47
Salam mashinmin ban nomresi ve muherrik nomresi texpasporta qeyd olunub kuzanin uzerimdeki birka uzerimde nomre olmadigi halda mashinmi adima kecirte bilerem?
Vugar | 19 Fevral 2024 01:03
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/birkasi-olmayan-masin-qeydiyyatdan-ve-texniki-baxisdan-kecirile-bilermi-qaydalar-beledi%CC%87r-218374
Avtosfer.az | 21 Fevral 2024 20:45
Salam, Xahiş edirəm, avtomobilin yol polisində qeydiyyata alınması məsələsinə aydınlıq gətirəsiniz. Son zamanlarda vətəndaşlar avtomobili qeydiyyata almaq istədikdə, yol polisi əməkdaşları külli miqdarda rüşvət tələb edir. Bu məsələnin əsas səbəbi avtomobilin arxa qapılarında tünd şüşə olmasıdır. Nəzərə alsaq ki, bu yaxınlarda arxa şüşələrin işıq keçiriciliyini heç bir şəkildə tənzimləməyən AZS 122-2023 sayılı şüşənin işıq keçiriciliyinə dair yeni standart qəbul edilib, məsələni aydınlaşdırmaq məqsədi ilə mən sizdən yol polisi əməkdaşlarının nəyin əsasında qeydiyyatı imtina etdiklərini bilmək istərdim. Avtomobilin arxa şüşələrinin işıq keçiriciliyinə əsaslanma məsələsi onların qeydiyyat prosesindəki mövqeyinin anlaşılması üçün mənbə olaraq AZS 122-2004 stadardının əsas edirlər. Ancaq 23.12.2023 tarixində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS 122:2023 “Yerüstü nəqliyyat vasitələri üçün təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər” yeni dövlət standartı qəbul edilib və AZS 122:2023 standartı AZS 122-2004 “Yerüstü nəqliyyat vasitələri üçün təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər” dövlət standartının ƏVƏZİNƏ işlənib hazırlanıb. Standart layihəsi “Yol nəqliyyatı” standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 19) rəy və təkliflər nəzərə alınmaqla müzakirə edilib və konsensus əsasında qəbul edilib. Təşəkkür edirəm, sürətlə cavablandırmağınızı və bu məsələyə doğruca diqqətinizi yönəltməyinizə görə minnətdarlığımı bildirirəm.
Cavid | 18 Fevral 2024 20:34
Salam. Plyonka məsələsi ilə bağlı qanun qəbul olunduğu üçün qeydiyyat zamanı arxa şüşələrdəki plyonkaya görə qeydiyyatdan imtina edilə bilməz. Belə hal baş verirsə DİN-ə müraciət edin.
Avtosfer.az | 19 Fevral 2024 00:05
salam vaz 2106 şeherde İşıqlı yerde Sadece Padvarnikler yanaraq idare edile biler.? ppx Saxlayıb qayını çağrırki senim maşının Şöbeye getmelidir. bu neqeder düzgündür zehmet olmasa melumatlandırın...
Nicat | 18 Fevral 2024 01:45
Salam. Sutkanın qaranlıq vaxtı qabarit işıqla maşın sürmək olmaz. Gündüz vaxtı problem deyil.
Avtosfer.az | 18 Fevral 2024 22:16
salam.avtomobilin nomre isigina ağ işıq ve , "patvarnike" (azerbaycanca adin bilmirem) ağ isiq qoymaga qanunla icaze var ya yox?
ikram | 17 Fevral 2024 21:56
Salam. Nömrənin işığı ağ olmalıdır. Dediyiniz qabarit işıqlara isə ön tərəfə ağ, arxa qabaritlərə isə qırmızı lampa qoymaq olar.
Avtosfer.az | 18 Fevral 2024 22:15
99AA999 kimin adinadir
İlham | 17 Fevral 2024 18:50
Bu haqda məlumatımız yoxdur.
Avtosfer.az | 18 Fevral 2024 22:14
Salam BMW F10 M5 yigib senede yazdirmaq dovlet rusumu ne qederdi?
Senan | 17 Fevral 2024 15:31
Salam. Belə şeyləri sənədə yazdırmaq olmur.
Avtosfer.az | 18 Fevral 2024 22:13
Salam bizdə hadisə olub qayı her ikimize cərimə yaza bilir hərə öz maşını duzeltdirsin
Semed | 17 Fevral 2024 10:11
Salam. Sualınızdan heç nə aydın olmadı.
Avtosfer.az | 18 Fevral 2024 22:13
Salam men bir sey maraqlidir mene cerime gelib ki isiqforun qadagqn olnmus hissesnde kecmisen cerime gelib ama ne vido ne sekil nede birsey gelmeyib men
Təbriz | 17 Fevral 2024 09:34
Salam. DYP-yə müraciət edin.
Avtosfer.az | 18 Fevral 2024 22:12
Salam. Mende vaz 2107 marakali avtomobildi men formula vutior tekeri taxmisam buna gore dyp saxliya biler meni olcusu 215/50/r 13 zavod diski 13 du onada doyulub ve cerimesi var ? Standartlara uygun tekerdir
Sabir | 17 Fevral 2024 04:18
Salam. Ətrafı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/07-suruculeri-bu-tekerlerden-istifade-ede-biler-i%CC%87zah-231969
Avtosfer.az | 18 Fevral 2024 22:11
Salam. Məndə Mercedes E63 markali avtomobildir. Muherrik 6.3 dur, Neqliyat vasitenin katalizatorlari legv olunub evezine katalizator evez edici goyulub, o ise gluwitelde ve ses sisteminde deyishikler yaradib . YPX-emekdashi menim neqlyat vasitemi cerime meydancasina tehvil vermek huququ varmi?
Ilqar | 17 Fevral 2024 00:41
Salam. Səs 74 db-dən artıq çıxırsa duracağa yerləşdirə bilər.
Avtosfer.az | 18 Fevral 2024 22:10
Lada Priora avtomobiline 4 eded komplekt sport purjun qoyulmasinin cerimesi varmi? Her hansi bir sened duzelisi elemek olurmu qanuni sekilde??
Hesen | 16 Fevral 2024 15:24
Olmaz. 150 manat cəriməsi var.
Avtosfer.az | 18 Fevral 2024 22:09
Salam özüm rayon qeydiyyatında olduğum halda Bakı şəhərində masini adima kecire bilerem ya rayona getmeliyem keçirmək üçün?
Yusif | 16 Fevral 2024 13:36
Salam. Yalnız rayonda edə bilərsiniz.
Avtosfer.az | 18 Fevral 2024 22:09
salam Dayanma durma cerimesini odemediyime gore Suruculuy huquma mehdudiyet qoyula bilermi ?
Yasar | 16 Fevral 2024 12:46
Salam. Bəli.
Avtosfer.az | 18 Fevral 2024 22:08
Salam. Faraya vurulan plonkananin seffafligi nece derece olmalidir? Ve ya bunu nece mueyyen etmek olar gorunusu deyismekcun plonkalar seffaf deyil
Bextiyar | 16 Fevral 2024 10:06
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/faraya-bu-plyonkadan-vurmaga-qanun-icaze-verir-vi%CC%87deo-221307
Avtosfer.az | 18 Fevral 2024 22:08
Arxa purjun rezinleri olmasa bu cerimedir?
Kamran Abdullayev | 16 Fevral 2024 03:18
Bəli.
Avtosfer.az | 18 Fevral 2024 22:07
Azsamant 2021 modelinin farasina üzük led isiq qurasdirmaq olar? Ya yox
Ferdi | 15 Fevral 2024 21:33
Xeyr, olmaz.
Avtosfer.az | 15 Fevral 2024 21:36
Salam mende bmw f10 528i m qabaq buffer ve arxa 4 cixisli diffuzer qoyulub lakin sag terefe qazan qoyulmayib bos basliqlar qoyulub. Buna gore meni cerime meydancasina apararaq bunu automobile konstruksiya deyisiyliyi kimi gostererek cerime yazdilar. Bu qanunidir?
Elmar | 15 Fevral 2024 21:23
Salam. Dediyiniz kimidirsə qanunsuzdur.
Avtosfer.az | 15 Fevral 2024 21:34
Avtomobilin sürət həddini aşmasını təsdiq edən əsas amillər və vasitələr hansılardır? İnspektor sürücünün sürət həddini aşmasını hansı vasitələrlə sübut edə bilər? Xızıda sürücüləri heç bir sübut göstərmədən cərimələyirlər!
Murad | 15 Fevral 2024 15:08
Yalnız radarla.
Avtosfer.az | 15 Fevral 2024 21:34
Salam.mende 1.4 mator 2009un mawinidi aformuta ne qeder xercim cixacaq?
Eli | 14 Fevral 2024 23:51
Salam. HEsablamaq üçün bu linkə daxil olun. https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 15 Fevral 2024 21:33
texpasportda maşın adı səhv yazılıb nə etməliyəm?
xanım | 14 Fevral 2024 22:42
DYP-yə müraciət edin öz hesablarına dəyişsinlər.
Avtosfer.az | 15 Fevral 2024 21:33
Salam menim maşınım vaz 2107di faranın üzerine hc/r yazılıb men ona led lampa qurraşdıra bilerem
Elsevər | 14 Fevral 2024 13:07
Salam. Bu haqda sizə bir məlumat verə bilməyəcəyik. Siz mütəxəssislərlə məsləhətləşin görün sizin maşın üçün nəzərdə tutulub, yoxsa yox.
Avtosfer.az | 15 Fevral 2024 21:32
Salam, VAZ-2107 avtomobilin zavod disq ölçüsü r13-dü,həmin disqin əvəzinə hər hansı bir r13 disqle əvəz etsem cərimə oluna bilərəmmi?
Ümüd | 14 Fevral 2024 08:08
Salam. Xeyr, cərimə oluna bilməzsiniz.
Avtosfer.az | 15 Fevral 2024 21:29
Salam mən azsamant arasına yumru isiq (üzük) quraşdırmaq isdəyirəm qanuna ziddi??
Ferdi | 14 Fevral 2024 00:35
Salam. Sualınız aydın olmadı. Azsamant arası nədir?
Avtosfer.az | 15 Fevral 2024 21:29
Salam . sekillerde qeyd olunan erazide dayanma ve durmani qadagan eden ne var. Ve burda masin saxlamaq kime mane olur ? Bu sekillerde gorduyunuz binanin sakinleri avtomobillerini burda saxlamaga ne mane ola biler hergun esassiz cerime olunuruq
Nurlan | 13 Fevral 2024 17:57
Salam. Foto gəlməyib.
Avtosfer.az | 15 Fevral 2024 21:26
Salam masin 2.5 nissan altima arxa qazanlat universal yani sport qoyulub soradan bilmişik bunun cerimesi var ?veya neçə desibel olmalidi
Xəzər | 12 Fevral 2024 23:15
Salam. Zavod hansı qazanı nəzərdə tutubsa onu quraşdırmaq lazımdır. 150 manat cəriməsi var.
Avtosfer.az | 13 Fevral 2024 17:37
Dublika nə demektir
Rüstəm | 12 Fevral 2024 22:50
Dublika sözü yoxdur. Dublikat var - eynisi, təkrarı deməkdir.
Avtosfer.az | 13 Fevral 2024 17:36
Salam.mənim maşınımon davernus qiymətini öyrənmək istəyirdim
Günel | 12 Fevral 2024 22:29
Etibarnamələr eyni qiymətədir.
Avtosfer.az | 13 Fevral 2024 17:35