Avtomobil bazarı çökdü; satış dayandırıldı

Rublun kəskin düşməsi Rusiyada nəinki alıcılara, eləcədə avtodillerlərə də təsirsiz ötüşməyib. Avtosfer.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, maliyyə stabilliyinin olmaması ucbatından Rusiyada ən böyük avtodillerlərdən olan «Major Auto» satışı dayandırıb. Şirkətdən bildiriblər ki, qərar kompaniyanın satdığı bütün 35 brendə tətbiq olunub. Rusiya mətbuatı satışın dayandırılmasının 1-3 gün ərzində davam edə biləcəyini bildirsə də şirkət əməkdaşları satışın “dondurulmasının” nə qədər çəkəcəyini deməyə çətinlik çəkdiklərini deyirlər.
Qeyd edək ki, rublun düşməsi bir çox xarici maşın istehsalçılarını bazardan sıxışdırıb çıxarıb. Bu vəziyyət yerli istehsalçılara şərait yaratsa da, onlar da sevinməkdə tələsmədiklərini deyirlər.
«Major Auto» şirkəti 1998-ci ildə yaradılıb və 35 avtomobil markasının rəsmi dilleridir. Moskva regionunda şirkətin 63 filialı mövcuddur. "Forbes"in məlumatına görə 2013-cü ildə holdinqin sırf gəliri 88 milyard rubl (11 milyon 352 min manat) təşkil edib.
Qızıl alarkən aldadılmamaq üçün bunları etmək mütləqdir - MÜTƏXƏSSİSDƏN ƏHALİYƏ XƏBƏRDARLIQ - FOTO
Zəmanətli məhsullarla bağlı qaydalar necə tənzimlənməlidir? – MÜTƏXƏSİSSLƏRDƏN AÇIQLAMA - FOTO
Avtomobil satışında lider şirkət – 4 ildir birincidir
Bakıda bu maşın 12 min manata satılır - FOTO
Tətbiq edilən məhdudiyyətlərin daha bir qismi yumşaldılır
“NAZ-Lifan” istehsalı dayandırıb? - Bir ildə cəmi 30 maşın...
Çoban robot da yaratdılar
Bakıda 460 min manatlıq “Lamborghini” satıldı
Maşın bazarında son vəziyyət; 10 minlik maşınlar 6 minə düşüb - FOTO
Təcili satılır
“Priora” cəmi 7 min manata?











