13 ölkə benzin və dizel mühitini qadağan etməyə hazırlaşır

Dizel və benzinlə hərəkət edən nəqliyyat vasitələrini qadağan edən ölkələrin sayı artır. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, dünyanın ən böyük iqtisadiyyatları - Çin, Hindistan, Fransa, İngiltərə və Norveç benzinlə və dizellə hərəkət edən nəqliyyat vasitələrinin istifadəsini müxtəlif tarixlərdə qadağan etməyə hazırlaşır.
Beynəlxalq Enerji Agentliyinin açıqlamasına görə, bu ölkələrin 8-i oxşar hazırlıqdadır.
Dünyanın ən böyük avtomobil bazarına sahib olan Çin avtomobil istehsalçılarına fosil yanacaqlı nəqliyyat vasitələrinin satışını dayandırmaq və elektrikli avtomobil istehsalını genişləndirmək istiqamətində səylərini artırmağı məsləhət görüb.
Çinin sənaye və informasiya texnologiyaları nazirinin müavini Xin Guobin hökumətin benzinlə hərəkət edən nəqliyyat vasitələrinin istehsalının və satışının dayandırılması üçün konkret tarixin müəyyən edilməsi istiqamətində iş apardığını açıqlayıb. Qeyd edək ki, Çinin bu qərarı avtomobil sənayesinə böyük təsir göstərəcək.
Fosil yanacaqla hərəkət edən nəqliyyat vasitələrini qadağan etməyə hazır olan ölkə təkcə Çin deyil. Böyük Britaniya da 2040-cı ildən ölkənin havasını təmizləmək üçün benzin və dizellə hərəkət edən nəqliyyat vasitələrinin qadağasını planlaşdırır. Bu arada, bildirək ki, İngiltərə ildə 2.7 milyon nəqliyyat vasitəsinin satışını reallaşdırır. Dünyanın ən böyük avtomobil bazarına sahibdir.
Fransa isə qlobal istiləşməyə qarşı 2040-cı ilə qədər dizel və benzinlə hərəkət edən nəqliyyat vasitələrinin satışını məhdudlaşdırmağa hazırlaşır. 2040-cı ildən sonra Fransa yalnız elektrikli, hibritlə hərəkət edən nəqliyyat vasitələrinin satışına icazə verəcək.
Almaniya bu məsələdə niyyəti aydın olan ölkələrdən biridir. Hindistan hökuməti isə bu ilin əvvəlində ölkədə 2030-cu ilədək satılan hər bir avtomobilin elektrik mühərrikinə malik olacağını elan edib.
Norveç də elektriklə hərəkət edən nəqliyyat vasitələrindən istifadəyə keçid mövzusunda müəyyən tarixə sahibdir. Belə ki, 2025-ci ildə ölkədə satılan hər bir avtomobil və digər nəqliyyat vasitələri dizel və benzinlə hərəkət etməyəcəklər.
Beynəlxalq Enerji Agentliyinin hesabatına görə, yuxarıda göstərilən ölkələrdən başqa, elektriklə hərəkət edən nəqliyyat vasitələrindən istifadəyə keçidi hədəfləyən daha 8 ölkə var. Bunlar Avstriya, Danimarka, İrlandiya, Portuqaliya, İspaniya, Yaponiya, Hollandiya və Cənubi Koreyadır.
Türkdilli ölkələrin elektromobiləri - FOTO
Bu ölkədə yolların qorunması üçün yeni vergi təklifi irəli sürüldü - RƏSMİ
Rusiyada kommersiya avtomobilləri satışında xroniki geriləmə
"BYD" Formula 1-ə girmək istəyir - FOTO
Qiymət və keyfiyyət baxımından ən yaxşı xarici avtomobillər – SİYAHI
Dubayın maşın bazarı belə işləyir - FOTO
Bu ölkədə yanacaq bahalaşdı; elekrik və hibrid maşınlara tələb artır – RƏSMİ
Elektromobillərin istehsalı 2 il sonra çatışmazlığa səbəb ola bilər - ARAŞDIRMA
Kremlə lüks avtomobil satan dilerə həbs və cərimə
Məşhur şirkət elektromobillər üçün yeni mühərrik sistemini təqdim etdi - RƏSMİ
İsrailin atdığı reaketdən salamat çıxan Çin maşını GÜNDƏM OLDU










