Yolların qırmızı rəngdə işıqlandırılması təklif edilir – MARAQLI SƏBƏB - FOTO

5 il əvvəl Niderland meşələrində maraqlı bir təcrübə başladıldı.
Avtosfer.az xəbər verir ki, bioloqlar müxtəlif rəngdə işıqların gecə həyatı keçirən canlılara, xüsusən də yarasalara təsirini araşdırıblar. Məlum olub ki, ağ işıq yarasaların görmə qabiliyyətini pisləşdirir, onlar belə işıqlandırılan ərazilərdən uzaq dururlar.
Qırmızı işıqda isə vəziyyət fərqlidir. Yarasalar bu işıqda zülmət qaranlıqdakı kimi rahat hərəkət edirlər.
Bu canlıların kənd təsərrüfatı üçün əhəmiyyəti qiymətsizdir. Şəbpərələr gecə həşəratları və taxıla zərər verən gəmiriciləri məhv edərək iqtisadiyyata töhfə verir. Həm də, kimyəvi mübarizə vasitələrindəın fərqli olaraq yarasalar təbii balansı pozmur.
Bu nəticədən yola çıxan tədqiqatçılar Nyivkop şəhərindəki yollardan birində ağ işığı qırmızı ilə əvəz edirlər. Lakin, insan gözü fərqlidir. İnsan gözü uzun dalğalı işığı yaxşı ayırd edə bilmir, kontrastı seçmək çətinləşir, məsafəni müəyyənləşdirməyə çətinlik çəkir.
2023-cü ildə Milan Universitetinin tədqiqatları zamanı məlum olub ki, belə işıqda sürücülər sürəti orta hesabla 3 faiz azaldırlar. Növbəti illərdə məlum oldu ki, piyada keçidləri qarşısında belə işıqlandırma yaxşı nəticə verir.
Bununla belə, magistrallarda qırmızı işığın fərqi hələ tam tədqiq edilməyib. Daha ətraflı tədqiqat üçün bir neçə gün əvvəl belçikadakı magistralların birində ağ işıqlar qırmızı ilə əvəzlənib.
Vüqar
İlk “Mercedes”in istehsalından 126 il ötür - FOTO
Avropada Çin avtomobillərinin satışında ciddi artım
Rusiyada təzad: “Bentley”alınır, PAZ və QAZ-a sahib çıxan yoxdur
"BYD"nin satış və istehsalı qadağan edildi
Dünyanın ən yaxşı avtomobilləri seçilir: Finalçılar açıqlandı
Bu ölkədə nömrənin hər hərfinə görə pul ödəniləcək
Rusiyada avtomobil satışında ciddi geriləmə - FOTO
Elektrik avtomobillərində gizli nasazlıq: Batareya problemi yaşanır
Çin avtomobilləri ilə bağlı daha bir QADAĞA
İlk avtomobili atla ötmək mümkün idi - FOTO
Bu avtomobildən cəmi 499 ədəd istehsal olunacaq - FOTO













