1957-ci il istehsalı olan “Ferrari” rekord qiymətə satıldı

Parisdə hərracda 1957-ci il istehsalı olan “Ferrari” idman maşını rekord qiymətə satılıb. Parisdə “Atricular” hərracında 1957-ci il istehsalı olan “Ferrari 335 S” Spider Scaglietti yarış avtomobili satılıb. Bu modeldən sadəcə dörd ədəd buraxılıb. “Sky News” - un məlumatına görə, ismini gizli saxlamaq istəyən ABŞ-lı alıcı bu nadir avtomobilə 32 milyon avro ödəyib. Satışın başlanğıc qiyməti 20 milyon avro olub. Belə ki, bu avtomobil Avropa hərracında satılan ən bahalı avtomobil olub.Qeyd edək ki, bu idman avtomobilində britaniyalı sürücü Stirling Moss 1958-ci ildə Kuba “Qrand-prix”-ini qazanıb. Avtomobil həmçinin “Le Mans 24 saat” yarışında iştirak edib. “Ferrari 335 S” Spider Scaglietti idman avtomobilinin mühərrik həcmi 4.1 litr və 300 at gücü ilə təchiz olunub. Onun maksimal sürəti saatda 300 kilometrdir.
moderator.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












