2020 Olimpiadasında “ağıllı” avtobuslar işləyəcək

Yaponiya hökuməti 2020-ci ildə keçiriləcək Olimpiadaya ciddi hazırlaşır. İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən məlumata görə, bu hazırlıqlardan biri də sərnişinləri Olimpiya kəndindən dəmir yolu stansiyalarına və metropolitenə qədər daşıyacaq “ağıllı” avtobusların işə salınmasına baxılmasıdır. Gözlənilir ki, bu avtobuslar yarımavtomatik rejimdə çalışacaq. Belə ki, nəqliyyat vasitəsi yol hərəkəti iştirakçıları arasındakı məsafəni hesablayacaq, həmçinin stansiya qarşısında sürətini azaldacaq və avtomatik rejimdə saxlayacaq. Yaponiya hökuməti bu ideyasında dayanmağı planlaşdırmır və “ağıllı” işıqforları işə salmağı planlaşdırır. Bu cihaz ümumi nəqliyyat axınında bu avtobusu müəyyən edəcək və bu nəqliyyat vasitəsi üçün “yaşıl dalğa” sistemini tətbiq edəcək. Yeni texnologiyalar ictimai nəqliyyatın hərəkətinin yaxşılaşdırılmasına, həmçinin onun işinin sürətləndirilməsinə hesablanıb.
Yaponiya hökuməti bütün olimpiya obyektlərinin Olimpiya Kəndinin 8 km məsafə radiusunda tikilməsini planlaşdırır. Bu qərar istənilən obyektə yarım saat ərzində çatmağa kömək edəcək. Təbii ki, bu, ölkə hökumətinə aparıcı texnologiyaların səviyyəsi ilə öyünməyə də imkan yaradacaq.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












