“25 il ərzində insanların maşın sürməsi qadağan olunacaq” - FOTO

İngilis texnologiya mütəxəssisi Ömər Rəhim 25 il ərzində insanların avtomobil sürməsinin qadağan olunacağını iddia edib. "Energi Mine" adlı texnologiya firmasının idarəçiliyini edən Rəhim emosianal bir canlı olan insanların avtomobil sürərkən səhv etməyə məhkum olduğunu vurğulayaraq, inkişaf edən texnologiyalarla insanların avtomobil sürmələrinin qadağa ediləcəyi proqnozunu verib. Barselonada keçirilən "Internet of Things Konqresi"ndə danışan texnologiya mütəxəssisi "Bunu xəyal edin. 20 il sonra kiçik bir uşağa belə mi deyəcəksiniz? Sağanaq yağış altında 110 kilometr sürətlə böyüklər 2 ton ağırlığında bir maşın sürür. Bu hal, indi telefon köşklərinin necə bir şey olduğunu kiçik bir uşağa izah etmək kimi bir şeydir" deyərək gələcəklə bağlı fikirlərini ifadə edib.
Ömər Rəhim həmçinin, insanların avtomobil sürməsinin qadağan edilməsi sayəsində qəzaların azalacağını və alqoritm göstəriciləri ilə yaradılan sistemlərin sürücülərdən çox daha etibarlı olacağını bildirib.
"Tesla"nın icraçı direktoru Elon Mask 2015-ci ildə gələcək avtomobillərin tamamilə robotlar tərəfindən istifadə ediləcəyini söyləmişdi.
"Tesla", "Apple" və "Google" kimi nəhəng firmalar sürücüsüz avtomobillər üçün bir müddətdir işlər görür. "Google"un "Waymo" firması bir neçə həftə içərisində sürücüsüz gedən bir avtomobil satışa çıxaracağını açıqlamışdı.
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı













