800 maşın məmurlardan alındı

Ermənistan hökuməti apararının rəhbəri Davit Harutyunyan hökumətin iclasında bildirib ki, illlərlə vergi ödəyicilərinin hesabına saxlanılan yüzlərlə avtomobil artıq hökumətə lazım deyil. O deyib ki, hökumət bu maşınlarsız da işləyə bilər. Avtosfer.az azadliq.org-a istinadən xəbər verir ki, Davit Harutyunyan deyib ki, ümumilikdə 797 xidməti avtomobil ixtisara salınacaq. Onların 107-si birbaşa büdcədən maliyyələşən dövlət strukturlarına, 690-ı isə dövlət qeyri-kommersiya təşkilatları, qapalı səhmdar cəmiyyətləri və fondlara aiddir. O əlavə edib ki, baş nazirin nəzarət xidməti müntəzəm olaraq bu avtomobillərdən istifadənin məqsədə uyğun olub-olmamasını öyrənəcək. Dövlət strukturlarının saytlarında isə hər bir xidməti avtomobilin kimə xidmət etdiyi, markası, ili, motor gücü və dövlət nömrəsi yerləşdiriləcək. Əmək və sosial məsələlər naziri Artyom Asatryan jurnalistlərə deyib ki. onun rəhbərlik etdiyi qurumda 41 avtomobil ixtisara düşüb. Azadlıq Radiosunun "bəs bu, nazirliyin işinə mane olmayacaqmı" sualına cavab olaraq nazir deyib ki, mane olmaması üçün hər şey nəzərə alınıb. Hökumətin digər üzvləri də yekdilliklə bildiriblər ki, xidməti avtomobillərin ixrisarı onların rəhbərlik etdiyi qurumların işinin effektivliyinə təsir etməyəcək. Ancaq ötən ilin sonunda 2016-cı il üçün dövlət büdcəsinin təsdiq olunması zamanı xidməti avtomobillərin sayı birdən-birə 83 ədəd artırılaraq 1100-ə çatdırıldığı zaman həmin şəxslər etiraz etməmişdilər. Ötən il "Haykakan jamanak" qəzetinin iqtisadi icmalçısı Hayk Gevorkyan bu məsələni qaldıraraq Ermənistanı Danimarka ilə müqayisə etmişdi. O demişdi ki, dövlət büdcəsinin Ermənistanınkından 60 dəfə böyük olduğu Danimarkada cəmi 23 xidməti avtomobil var. "Təkcə bu 1100 avtomobilə qulluq edilməsinə çəkilən xərc ildə 1 milyard dram, təxminən 2 milyon dollar təşkil edir," deyə o vurğulamışdı.
Ermənistan hökuməti dövlət sistemində işləyənlərin sayını da ixtisara salmağa hazırlaşır. Bunun üçün hətta xüsusi işçi qrup da yaradılıb. Baş nazirin müavininin rəhbərlik etdiyi bu işçi qrup hansı qurumda nə qədər işçinin ixtisara salınmalı olduğunu müəyyən edəcək. Qrupun iclasları gələn həftədən başlayacaq.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












