840 at güclü "Dodge SRT Demon" haqqında 5 maraqlı fakt!

Dodge yenə absurd gücdə avtomobillər hazırlamağa davam edir. Avtosfer.az xəbər verir ki, 707 at güclü Challenger Hellcat'dən sonra şirkət Dodge Demon'la bazara çıxmağa hazırlaşır. Amerikanların yeni fəxri, New-York avto şousunun bu ilki ulduzu ilə bağlı 5 maraqlı xüsusiyyəti sizinlə bölüşürük.
1. Kapotun altında 840 at güclü mühərrik yatır!

Dodge Demon'un ən böyük silahı sözsüz ki, mühərrikidir. Eyni kompressorlu (supercharger) 6.2 litr həcmli mühərriki Dodge'un Hellcat qardaşları istifadə etsə də Demon'da vəziyyət bir qədər fərqlidir. Çünki bu dəfə avtomobilin 8 silindirli motoru 707 yox, tam olaraq 840 at gücü hasil edir.
2. 0-100 sürətlənmə: 2.3 saniyə

Dodge deyirki, Demon'un 0-100 sürətlənməsi 2.3 saniyə çəkəcək. Dəhşətli göstəricidir! 1.5 milyonluq Bugatti Chiron'da belə bu göstərici 2.5 saniyədir. Maşının necə deyəllər "yerinnən" belə tez götürülməsinin əsas səbəblərindən biri daimi istehsalda olan avtomobillərdə ilk dəfə istifadə olunan əyləcli transmissiya və geniş arxa təkərlərdir.
3. Drag yarışlarını 9.65 saniyəyə tamamlayır
0-dan 100-ə 2.3 saniyəyə çatan maşının belə bir göstərici əldə etməsi çox da təəccüblü deyil əslində, amma yarım milyonluq superkarlarının dragları 10+ göstəricilərlə tamamladığını nəzərə alanda, təəccüblənməmək olmur. Amma avtomobil drag xəttini keçəndə sürəti 225 kms'ı ötdüyü üçün avtomobil ABŞ-daki bütün drag pistlərindən çıxışından qabaq uzaqlaşdırılıb. Səbəb? Çox sürətli olması.
4. Almaq fikriniz varsa, tələsin!

Avtomobilin qiyməti 100.000 dollardan aşağı olacaq amma bir problem var. Dodge cəmi 3.300 ədəd Demon istehsal edəcək. 3.000 ABŞ üçün, 300-də Avropadaki Amerikanlara. Amma əgər 100 min yox 65 min dollar pulunuz varsa onda yenədə 707 at gücünə qane olub, özünüzə bir dənə Hellcat ala bilərsiniz. (65.000 dollar eliyir 110 min manat, rastamoşka filan... Deyillər təzə sonata yaman yaxşıdı. Hə? Panorama bəlkə?)
5. Avtomobilin cəmi 1 oturacağı var

Yox, yox bu maşın üzünnən də göründüyü kimi eqoist deyil amma sağ tərəfdəki sərnişin bardaş qurub otura bilməyəcəyinə görə əlavə də bir dənə oturacaq pis olmaz. Ona görə də ikinci bir oturacaq istəyənlər cəmi 1 dollara Dodge'dan Demon üçün əlavə oturacaq sifariş verə bilərlər.
2026-cı ilin ən yaxşı yeni avtomobilləri AÇIQLANDI - FOTO
Dünyada ən çox satılan elektrikli avtomobil markası - SİYAHI
Dünyanın ən etibarlı avtomobil brendləri - SİYAHI
Yaşı 15-dən çox olan maşınların idxalına icazə veriləcək – RƏSMİ AÇIQLAMA
Dünyanın ən sürətli elektromobilləri – ARAŞDIRMA
Məşhur aktyorun 50 milyonluq avtomobili - FOTOLAR
Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır
"Niva" bahalaşdı
Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir - FOTO
Özünə 200 minlik yeni avtomobil aldı - FOTO
Rusların yeni elektromobili Çininkindən daha ucuz olacaq – İDDİA










