Almaniya Rallisi: Yan Kopezki sensasiyaya imza atıb - VİDEO

Skoda Fabia R5 ralli avtomobilində çıxış edən çex pilot tamaşaçı dopunda ən yaxşı zamanı göstərib. Saarbryukken şəhərinin mərkəzində cümə axşamı keçirilən hissədə Kopezki Ott Tanyakı 0,3 saniyə üstələməyə müvəffəq olub. Dopun üçüncü nəticəsini isə Citroen pilotu Kreq Brin göstərib.
Dördüncü yeri eyni zamanı göstərən Sebastyen Ojye və Andreas Mikkelsen bölüşdürüblər. Ojyenin əsas rəqibi olan Tyerri Nevil isə liderə 2,7 saniyə uduzaraq doqquzuncu nəticəni qeydə alıb. Citroen pilotu Kris Mik isə uğursuzluqla üzləşib. O, avtomobilini çəpərə vuraraq sükan idarəetməsini zədələyib. İrlandiyalı pilot birinci dopda yarışdan kənar qaldığı üçün, bu gün trassa 10 dəqiqəlik cərimə ilə çıxacaqdır.
Almaniya Rallisinin birinci günü iştirakçılara ümumi uzunluğu 108,51 kilometr olan yeddi xüsusi hissəni qət etmək gərəkdir. (autograph)
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












