Artıq avtomobillər sizin yerinizə alış-veriş edəcək - FOTOFAKT

Deyv Ferqson və Ciyacun Zu adlı iki mühəndis sürücüsüz avtomobil kəşf ediblər. Avtosfer.az a24.az-a istinadən xəbər verir ki, bu texniki yenilik alış-verişi tək başına edib, ünvana çatdırılma xidmətini yerinə yetirir. Artıq nümunə versiyası öz təstiqini tapan avtomobil ən son müştərisinə kimi xidmət etməklə kodlaşdırılıb. Şirkət rəsmiləri bu avtomobillə bağlı “həm sürətli, həm etibarlı, həm də ki, alış-verişdə odəmələri edə bilən ağıllı bir vasitə” kimi dəyərləndirirlər. Ağıllı avtomobil ilk baxışda çörəkbişirmə mexanikasını xatırlatsa da funksiyaları çoxdur. Belə ki, bu yeni kəşfin nə pəncərələri, nə də sürücü sükanı yoxdur.
Maraqlı məqam isə ondan ibarətdir ki, bu mexanizmdə 360 dərəcni görə bilən kamera, yol hərəkəti qaydalarına, sürət həddinə əməl edən program sistemi də yerləşdirilib. “Məqsədimiz insan transferi deyil, məhsul və paketlərin ünvanlara çatdırılmasıdır”- deyən rəsmilər, heç bir texnikadan nümunə götürülmədiyini də bildirib.
Park etmə funksiyasının da təkmilləşdirildiyi ağıllı qurğu qəza hallarını da minimuma endirə bilir. Həsas dizayn edilən bu mexanizmdə qarşısına çıxan maneələrə zərər vurmaması üçün təhlükəsizlik tədbirləri yüksək həddə düşünülüb.



ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












