"Aston Martin V12 Vantage S" - FOTO

"Aston Martin" şirkəti ötən il xüsusi "V12 Vantage S Spitfire 80" modelini istehsal edib. Satışları uğurlu alınan avtomobil "Spitfire" təyyarələrinin istehsalının 80 illiyinə həsr edilib. Avtomobil şirkətin Kembricdəki dileri vasitəsilə satışa çıxıb. Yeni modelin qiyməti 180 min avrodur. İngiltərədən kənara satışların hansı qiymətə qədər artacağı məlum deyil. Xüsusi "Q" bölməsi avtomobilin yığılmasına görə cavabdehdir. Kuzovun unikal yaşıl rəngi, qeyri-adi səsboğucu sistemi avtomobili daha da yaraşıqlı edir. Ön spoyler və arxa diffuzoru da qeyd etmək lazımdır. Salonda üzərinə "Spitfire 80" yazılı ayaqaltılar peyda olub. Əlavə qiymətə müştərilər dəbilqə, gödəkçə və yay eynəkləri sifariş edə bilərlər. Yeni model 5.9 litr həcmli, V12 obrazlı mühərriklə təchiz edilib. 565 at gücü olan aqreqat 100 km/saat sürəti cəmi 3 saniyəyə yığmağa kömək edir.



Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ
“Volkswagen” yeni bazarlar axtarır
İşçi sayına görə lider avtomobil istehsalçıları – TOP-10










