Avtomobil ala bilməyən əlillərə kompensasiya veriləcək

Avtomobili pulsuz almağa hüququ olan və növbədə duran əlillərə avtomobil verilmədikdə onlara ildə iki dəfə nəqliyyat xərci kimi əmək pensiyasının minimum məbləğinin 20 faizi qədər pul kompensasiyası veriləcək. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Nazirlər Kabineti 1993-cü il 5 avqust tarixli qərarı ilə təsdiq edilmiş “Xüsusi avtonəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında Təlimat”ın 26-cı hissəsinə dəyişiklik edib. Baş nazir Artur Rasizadə tərəfindən imzalanmış qərara əsasən bundan sonra avtomobili pulsuz almağa hüququ olan və növbədə duran əlillərə avtomobil verilmədikdə onlara ildə iki dəfə nəqliyyat xərci kimi yaşa görə pensiyanın baza hissəsinin 20 faiz məbləğində deyil, əmək pensiyasının minimum məbləğinin 20 faizi qədər pul kompensasiyası veriləcək.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO













